Icma.az
close
up
RU
Bakıda əmioğlular arasında dava TƏFƏRRÜAT

Bakıda əmioğlular arasında dava TƏFƏRRÜAT

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Nəsimi rayonunda əmioğlanları arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə onların birgə yaşadıqları evin həyətində baş verib. 
Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Şahin evin həyətində əmisi oğlu Rəşad ilə şəxsi münasibətlərin pozulması nəticəsində aralarında yaranmış mübahisə zamanı onun üz nahiyəsindən əli ilə iki dəfə qəsdən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Şahinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, faktiki yaşadıqları ev babasının evi olduğuna görə o, əmisi oğlanları ilə birlikdə orada yaşayır:
“Hadisə günü, saat 22 radələrində əmim oğlu Rəşad bizim yaşadığımız evə qonaq gəldi və avtomobilini həyətə salması üçün darvazanı açmağımı istədi. Lakin  Rəşadın burda yaşamadığına görə avtomobilini həyətə sala bilməyəcəyini dedim. Buna baxmayaraq əmim oğlu Rəşad israrla təkid etdi, ünvanıma nalayiq ifadələr işlətməyə başladı. Mən əsəblərimə hakim ola bilməyərək Rəşadın üz nahiyəsinə əlim ilə iki dəfə zərbə endirdim. Rəşad da əli ilə iki dəfə mənim üz nahiyəmə zərbə endirdi. Daha sonra Rəşad yerə yıxıldı və üzü dəmirə dəydi”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Rəşadın sözlərinə görə, hadisə günü, saat 20 radələrində qardaşının yaşadığı ünvana gedib: “Həmin ünvanda  babamın evi olduğuna görə orada qardaşımdan başqa digər əmim oğlanları da yaşayır. Mən idarə etdiyim avtomobili həmin ünvanın qarşısında saxlayaraq qardaşımın yaşadığı mənzilə daxil oldum. Təxminən bir neçə dəqiqədən sonra avtomobil digər şəxslərə narahatçılıq yaratdığına görə, əmim oğlu Şahinə həyətin darvazasını açmasını və avtomobilini həyətdə saxlamaq istədiyimi bildirdim. Lakin Şahin buna etiraz etdi. Orada yaşamadığımı əsas gətirərək avtomobili həyətdə saxlaya bilməyəcəyimi dedi. Bu zaman Şahin mənimlə mübahisə edərək heç bir səbəb olmadan sifət nahiyəmdən əli ilə iki dəfə zərbə endirdi. Şahinin bu hərəkətlərini gördüm və  onu özümdən kənarlaşdırmaq məqsədi ilə onu əlim ilə itələsəm də, özüm yerə yıxıldım və üzüm dəmir parçasına dəydi”. 
Bu cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şahin 1000 manat miqdarında cərimə olunub.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 May 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri