Icma.az
close
up
RU
Lerikdə insan alverinə qarşı maarifləndirici tədbir keçirildi

Lerikdə insan alverinə qarşı maarifləndirici tədbir keçirildi

Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“XXI Əsrin Qadınları” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı “Qurbanların Səsi” layihəsi çərçivəsində Lerik rayonunda insan alverinə qarşı genişmiqyaslı maarifləndirici tədbir təşkil edib.


Missiya.Az xəbər verir ki, tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Xəyyam Nəcəfov, Lerik Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Arzu Vəliməmmədova, Lerik Rayon Polis Şöbəsinin Cinayət Axtarışı bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Gəray Əliyev, layihənin rəhbəri və “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, eləcə də rayon ictimaiyyətinin fəal nümayəndələri iştirak ediblər.

Tədbirin əsas məqsədi insan alveri ilə mübarizə sahəsində əhalinin maarifləndirilməsi, risk qruplarının vaxtında müəyyənləşdirilməsi və potensial qurbanlara hüquqi və psixoloji dəstək imkanlarının tanıdılması olub.

Çıxışlar zamanı iştirakçılara insan alverinin mövcud formaları, beynəlxalq və yerli qanunvericilik, profilaktik tədbirlər, hüquq-mühafizə orqanlarının funksiyaları və vətəndaşların rolu haqqında ətraflı məlumat verilib. Eyni zamanda, insan alveri qurbanlarının müdafiə mexanizmləri, onların reabilitasiya və reinteqrasiya prosesi ilə bağlı mövcud imkanlar diqqətə çatdırılıb.

Diskussiya formatında davam edən tədbirdə iştirakçılar mövzu ilə bağlı suallarını səsləndirib, ekspertlər isə praktiki tövsiyələr veriblər. Tədbir, həmçinin regionda insan alverinə qarşı ictimai həssaslığın artırılması baxımından mühüm bir addım kimi qiymətləndirilib.

“Qurbanların Səsi” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://missiya.az
archiveBu xəbər 28 İyul 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri