İsmayıllıda insan alverinə qarşı maarifləndirici tədbir keçirilib
Sia Az saytına istinadən Icma.az xəbər verir.
“XXI Əsrin Qadınları” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Qurbanların Səsi” layihəsi çərçivəsində İsmayıllı rayonunda Uşaq və Ailələrə Dəstək Mərkəzində insan alverinə qarşı genişmiqyaslı maarifləndirici tədbir təşkil edib.
“İki sahil” xəbər verir ki, tədbirdə DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polkovnik-leytenant Emin Əsədov, İsmayıllı RİH-in əməkdaşı, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülər Baxışova, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri və sözügedən layihənin rəhbəri Mahirə Əmirhüseynova, eləcə də rayon ictimaiyyətinin fəal nümayəndələri iştirak ediblər.
Tədbirin əsas məqsədi insan alveri ilə mübarizə sahəsində əhalinin maarifləndirilməsi, risk qruplarının vaxtında müəyyənləşdirilməsi və potensial qurbanlara hüquqi və psixoloji dəstək imkanlarının tanıdılması olub.
Çıxışlar zamanı iştirakçılara insan alverinin mövcud formaları, beynəlxalq və yerli qanunvericilik, profilaktik tədbirlər, hüquq-mühafizə orqanlarının funksiyaları və vətəndaşların rolu haqqında ətraflı məlumat verilib. Eyni zamanda, insan alveri qurbanlarının müdafiə mexanizmləri, onların reabilitasiya və reinteqrasiya prosesi ilə bağlı mövcud imkanlar diqqətə çatdırılıb. Diskussiya formatında davam edən tədbirdə iştirakçılar mövzu ilə bağlı suallarını səsləndirib, ekspertlər isə praktiki tövsiyələr veriblər. Tədbir, həmçinin regionda insan alverinə qarşı ictimai həssaslığın artırılması baxımından mühüm bir addım kimi qiymətləndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 27 Avqust 2025 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















