Icma.az
close
up
RU
Lətif Qəndilov: Hər bir azərbaycanlı Heydər Əliyevin xatirəsini əziz tutur

Lətif Qəndilov: Hər bir azərbaycanlı Heydər Əliyevin xatirəsini əziz tutur

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 10 may, AZƏRTAC

Azərbaycanın Qırğızıstandakı səfirliyində Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyevin bütün həyatını Vətənə, xalqa xidmətə həsr etdiyi vurğulanıb. Qeyd olunub ki, müasir Azərbaycan dövləti Ulu Öndərin strateji uzaqgörənliyinin və cəsarətinin nəticəsidir.

“1998-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Bakıda tarixi İpək Yolunun bərpasına dair TRACECA beynəlxalq konfransı keçirildi. Bu proqram bugünkü Orta Dəhliz və ya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutudur. Heydər Əliyevin enerji və nəqliyyat məsələləri ilə bağlı iki məqsədi, iki əhdi Azərbaycanı təkcə regional deyil, həm də qlobal miqyasda dövlətə, əhəmiyyətli bir enerji mərkəzinə çevirib”, -deyə tədbirdə çıxış edən ölkəmizin Qırğızıstandakı səfiri Lətif Qəndilov vurğulayıb.

O, Heydər Əliyevin müəyyən etdiyi neft strategiyasının Azərbaycanın neft yataqlarının işlənməsinə xarici investorların cəlb olunmasını təmin etdiyini, neftin nəqli marşrutlarının yaradılmasına və neft gəlirlərinin səmərəli idarə olunmasına səbəb olduğunu qeyd edib. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması müstəqil Azərbaycanın hazırkı inkişafını xeyli dərəcədə təmin edib. Ölkə iqtisadi transformasiya üçün vəsait əldə etməyə başlayıb. Bu vəsaitlə Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə qadir olan güclü, mətanətli ordumuz yaradılıb və təchiz edilib.

“Heydər Əliyev bizə strateji yol göstərib. Bu strateji yolu İlham Əliyev həyata keçirdi”, - deyə Lətif Qəndilov əlavə edib.

Azərbaycanın Qırğızıstandakı səfirliyinin əməkdaşları və Azərbaycan diasporunun nümayəndələri Bişkekdəki Heydər Əliyev adına 20 nömrəli məktəbdə də olublar. 2022-ci ilin oktyabrında dövlətimizin başçısının Qırğızıstana dövlət səfəri zamanı iki ölkənin prezidentləri - Sadır Japarov və İlham Əliyev tərəfindən açılan məktəbdə tez-tez Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir.

Azərbaycanın səfiri Lətif Qəndilov məktəbdə ulu öndərin həyatı, görkəmli qırğız yazıçısı Çingiz Aytmatovla görüşləri haqqında geniş məlumat verən, Heydər Əliyevin dil və “Manas” dastanı haqqında məşhur ifadələrinin yer aldığı gözəl tərtibatlı stendi açıb. İstedadlı rəssam Nailə Qəndilovanın ustalıqla çəkdiyi Heydər Əliyevin portreti stendin bəzəyi olub.

Səfir stendin açılışında deyib: "Heydər Əliyevin doğum günü bütün Azərbaycan xalqı üçün mühüm gündür, ümummilli bayramdır. Heydər Əlirza oğlu ölkəmizin və onun xalqının həyatında böyük iz qoyub. Ona görə də bu əlamətdar gün bizim hamımız üçün çox vacibdir. Bu gün biz böyük bir stendi açdıq, həmin plakatda Heydər Əliyevin həyat və fəaliyyəti haqqında şagirdlərə mümkün qədər geniş məlumat verməyə, onun həyatının əsas prinsiplərini nümayiş etdirməyə çalışdıq".

O, qeyd edib ki, stenddə Heydər Əliyevin çox dərin məna kəsb edən məşhur kəlamlar da yer alıb. Onun müdrik sözləri hər bir insan üçün milli kimlik, qürur mənbəyidir: “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Diplomat əlavə edib: “Fikrimcə, bu stend qırğız uşaqlarının təhsilinə kömək edəcək. Çünki bu anlayışlar qiymətlidir və bütün xalqlar üçün çox şey deməkdir”.

Lətif Qəndilov qeyd edib ki, Heydər Əliyevin həyat və fəaliyyəti bugünkü gənclər üçün örnəkdir: “Bu insan öz həyatında böyük zirvələr fəth edib. “Ömrü boyu qalib olmaq hər kəsə nəsib olmur. Onun Azərbaycan xalqı üçün gördükləri işlər misilsizdir. Onun xalqımız üçün siyasi və iqtisadi baxımdan müəyyən etdiyi strategiya bu gün də inkişaf etdirilir", -deyə səfir vurğulayıb. O, Heydər Əliyevin xatirəsinə ehtiramlarına görə məktəbin kollektivinə və şagirdlərə minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən 20 nömrəli məktəbin direktoru Kanıkey Alımkulova bu təhsil ocağında ölkələrimiz arasında sıx əlaqələrin əsasını qoymuş Heydər Əliyevin xatirəsinin uca tutulduğunu, Qırğızıstanla Azərbaycan arasında mövcud əlaqələrin möhkəm dostluq təməli üzərində qurulduğunu bildirib. “Heydər Əliyev adına məktəbimiz xalqlarımız arasında uğurlu qarşılıqlı əlaqənin parlaq nümunəsidir və bunu məktəbdə keçirilən tədbirlərdə şagirdlərimizə çatdırırıq”, - deyə direktor qeyd edib.

Qırğız Respublikasının Əməkdar həkimi, Qırğızıstan-Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədri Akif Alaferdov çıxışında Azərbaycanın Ulu Öndərinin adını daşıyan məktəbin iki ölkənin gənc nəsli arasında dostluq körpüsü olduğunu, əsası Heydər Əliyev tərəfindən qoyulmuş qardaş xalqlarımız arasında çoxtərəfli əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 May 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri