Icma.az
close
up
RU
Xalqımız hər zaman Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini uca tutacaq!

Xalqımız hər zaman Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini uca tutacaq!

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Ulu öndər Heydər Əliyevin vəfatından 21 il ötür. Lakin dahi şəxsiyyət xalqa, millətə, Vətənə xidmətləri ilə hər bir azərbaycanlının qəlbində əbədi heykəlini ucaldıb. Mənalı həyatının düz 60 ilini Azərbaycanın, xalqımızın bugünü və sabahı ilə yaşamış ümummilli liderin Vətənimiz qarşısında misilsiz xidmətlərindən cild-cild əsərlər yazılsa, yenə də azdır. Bu mənalı ömrün son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Prezident İlham Əliyevin dediyi kimi: "Azərbaycanda bütün işlərin təməlində Heydər Əliyev amili, Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik. Öz milli liderimizin vəsiyyətinə sadiqik".

Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə sənaye, o cümlədən yüngül sənaye və kənd təsərrüfatı ən parlaq inkişaf dövrünü yaşamışdır. Əgər Azərbaycan SSRİ miqyasında yalnız xammal mənbəyi kimi çıxış edərək inkişaf tempinə görə ən geridə qalmış respublika kimi səciyyələndirilirdisə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və bütün sahələrdə mütəmadi inkişaf göstəriciləri qeydə alındı. 1970-1980-ci illər ərzində Heydər Əliyevin ciddi səyləri və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan keçmiş ittifaqın inkişaf etmiş, aparıcı respublikalarından birinə çevrildi. Həmin dövrdə Ulu Öndər gələcək müstəqil Azərbaycanın iqtisadi, siyasi və hərbi əsaslarını yaradaraq bugünkü suverenliyimizin təməlini qoymuşdur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin fəaliyyəti bu dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə bilavasitə xalqın maraqlarına xidmət etmiş və nəticə etibarı ilə müasir müstəqil Azərbaycan dövlətinin qurulması üçün dayanıqlı əsasların yaradılmasını təmin etmişdir. Əlbəttə ki, son dərəcə mühüm tarixi məqamlardan biri kimi Ulu Öndərimiz tərəfindən sovetlər dönəmində milli-mənəvi dəyərlərin qorunması istiqamətində görülən tədbirlər qeyd olunmalıdır. Məhz Ümummilli Lderimizin Azərbaycan SSR-ə rəhbərliyi dövründə respublikamızda musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri qeydə alındı. Mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, təqaüdlər ayrıldı. Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin fəaliyyətinin səmərəlilik səviyyəsini daha da artırdı. Bütövlükdə, 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu.

Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan xalqının tarixinə ən qanlı faciələrdən biri kimi yazılmış 20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi də Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsi olmuşdur.20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı birbaşa keçmiş SSRİ rəhbərliyinin törətdiyi qanlı cinayətdir. Lakin o dövrdə respublikaya rəhbərlik edən simalar siyasi iradəsizlik nümayiş etdirərək, bu cinayətə qarşı lazım olan reaksiyanı verə bilməmiş, vəzifəli şəxslər kimi, üzərlərinə düşən məsuliyyətin öhdəsindən gəlməmişdilər. Onlardan fərqli olaraq, Ümummilli Lider Heydər Əliyev o zaman totalitar Sovet rejiminin bütün təhdidlərini göz altına alaraq SSRİ-nin və Kommunist Partiyasının rəhbərlərinə qarşı ağır, lakin haqlı ittihamlarını səsləndirmişdir. 1990-cı il yanvarın 21-də rejimin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq, Ulu Öndər Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş və qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edərək, ifşaedici və cəsarətli bir bəyanat vermişdi. Bu hadisələrdən 10 ay sonra Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Artıq müstəqil Azərbaycana rəhbərlik etdiyi zaman, 1994-cü ilin mart ayının 29-da Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə Azərbaycan Parlamenti “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə, 20 Yanvar faciəsi məhz Ümummilli Lider Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəs inəticəsində öz siyasi-hüquqi qiymətini aldı.

Ən əsası, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı Azərbaycanın dünya xəritəsindən silinməsi təhlükəsini aradan qaldırıldı!

Nizami Çıraqov,

YAP Göygöl rayon təşkilatı üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2№-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC ərazi partiya təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Dekabr 2024 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see232

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see161

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see156

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri