Levandovskinin Fənərbaxça ilə bağlı qərarı bəlli oldu
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
Qışda heyətini dünya səviyyəli bir hücumçu ilə gücləndirmək istəyən ''Fənərbaxça''nın ''Barselona''lı Robert Levandovskiyə maraq göstərdiyi iddia edilmişdi.
"Football-plus.az" xəbər verir ki, polşalı ulduz İstanbul nəhənginin təklifini geri çevirib. Leva qış fasiləsində klubunu dəyişmək ideyasını yaxına buraxmayıb və mövsümü ''Barsa''da tamamlamaq arzusundadı. Bu xəbəri Almaniyanın ''Skay Sports'' kanalının müxbiri Florian Plattenberq yayıb.
Bu mövsüm 12 rəsmi oyunda 7 qol vuran Levandovskinin müqavilə müddəti gələn yay başa çatacaq. ''Barsa''nın gələn il artıq 38 yaşı olacaq təcrübəli ulduza yeni müqavilə təklif edəcəyi gözlənilmir. Ancaq indiki müqavilədə şərti birillik anlaşma mövcuddu. İki tərəf də razılıq verəcəyi halda bu anlaşma yayda qüvvəyə minəcək.
''Fənər'' Levandovskidən başqa ''Atletiko''nun norveçli ulduzu Aleksander Sörlota da ciddi maraq göstərir. Bir neçə gün öncə klubun futbol şöbəsinin sədri Ərdal Torunoğulları klubun transfer gündəmi ilə bağlı suala cavab verərkən ''fanatlarımız transferdə hər an yeni xəbərlərə hazır olsunlar. Əlimizdən gələni artıqlaması ilə edəcəyik'' açıqlamasını vermişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 26 Noyabr 2025 18:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















