Icma.az
close
up
RU
Levent Yılmaz: Rusiya azərbaycanlıların ölkə üzərində təsir gücünü istəmir

Levent Yılmaz: Rusiya azərbaycanlıların ölkə üzərində təsir gücünü istəmir

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Rusiyada azərbaycanlılara qarşı həyata keçirilmiş xüsusi əməliyyatlar və bunun doğurduğu hüquqi mübahisələr Türkiyə mətbuatında geniş əks-səda doğurub. OMON xüsusi təyinatlı dəstələrinin apardığı əməliyyat zamanı tətbiq edilən kobud davranış, həmçinin ictimaiyyətdə ciddi narazılıq yaradıb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu məsələ "Haber Global" telekanalında yayımlanan proqramda da müzakirə olunub.

Verilişin qonağı olan iqtisadçı Levent Yılmaz Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqda azərbaycanlıların yaşadığı ünvanlara hücumları və azərbaycanlı Səfərov ailəsinin iki üzvünün - Hüseyn və Ziyəddin qardaşlarının həyatını itirməsi ilə nəticələnən əməliyyatı şərh edib.

Ekspertin sözlərinə görə, Moskva azərbaycanlıların Rusiya üzərində iqtisadi, mədəni, bəzən isə texniki sahədə artan təsirini arzulamır.

Proqramda, həmçinin Yekaterinburq məhkəməsinin 6 azərbaycanlı barəsində çıxardığı həbs qərarları müzakirə olunub, eyni ailədən iki şəxsin ölümü ilə nəticələnən müdaxilə isə "misli görünməmiş hüquq pozuntusu" kimi təqdim edilib.

Ətraflı süjetdə:

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərdə əməliyyat keçirib. Əməliyyat zamanı iki nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb. Həlak olan şəxslərin tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşları olduğu bildirilir.

Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 28-də yaydığı bəyanatda bu qəbuledilməz zorakılıq aktının araşdırılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib. Daha sonra Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılaraq, baş verən hadisə ilə bağlı ona kəskin etiraz bildirilib.

Qeyd edək ki, dünən Yekaterinburqda saxlanılan altı nəfərlə bağlı məhkəmə keçirilib. Onlardan üçü 22 günlük həbs cəzası alıb, qalan üç nəfər isə 3 gün müddətinə inzibati həbs edilib. Saxlanılanların heç biri özünü təqsirli bilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 İyun 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see172

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see166

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see164

Fransada 3 böyük həmkarlar ittifaqı insanları kütləvi etiraz nümayişinə çağırıb

28 Sentyabr 2025 10:31see158

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see149

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see140

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see139

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

28 Sentyabr 2025 12:04see133

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see127

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see127

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see126

Telefon Sahiblərinə Təcili Gizli Xəbərdarlıq

28 Sentyabr 2025 08:42see124

Diqqətli olun: dələduzluğun yeni növü yayıldı VİDEO

28 Sentyabr 2025 22:37see123

Danimarkada Aİ sammiti zamanı mülki dronların uçuşu qadağan edildi

28 Sentyabr 2025 17:49see123

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see121

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see121

Mahir Emreli: yenidən başla, ümidlə, eşqlə!

28 Sentyabr 2025 13:28see120

Ukrayna ABŞ la 90 milyardlıq silah müqaviləsi imzalayır

28 Sentyabr 2025 16:38see120

Həkimlər xəstələri səhv salıb qadının sağlam böyrəyini çıxartdılar

28 Sentyabr 2025 10:27see119

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

29 Sentyabr 2025 23:11see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri