Icma.az
close
up
RU
“Levıy” işıq, su və qazın cəriməsi Nə qədərdir?

“Levıy” işıq, su və qazın cəriməsi Nə qədərdir?

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Təbii qaz, su və elektrik şəbəkələrinə qanunsuz qoşulma, sayğac göstəricilərinin təhrif edilməsi hallarına qarşı mübarizə son illərdə gücləndirilsə də, belə əməllərin törədilməsi həmişə aktualdır.
Ancaq resursların talanması ilə müşayiət olunan bu hallarla mübarizə təkcə monitorinqlərlə yekunlaşmır.
Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, qanunvericiliyə görə, belə əməllərin törədilməsi cinayət və inzibati məsuliyyət yaradır.
Bəs, sözügedən məsuliyyət tədbirləri nələrdən ibarətdir?
Qanunvericiliyə əsasən, qaz, su və elektrik enerjisinin talanmasına görə məsuliyyət vurulan ziyanın miqdarına görə müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsi təbii qazın, elektrik enerjisindən istifadə qaydalarının pozulması ilə yanaşı, onların talanmasına qarşı tədbirləri nəzərdə tutur.
 

Bu maddəyə görə, qazın, elektrik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər 100 manatdan 150 manatadək, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.


Həmçinin su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə isə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 2500 manatdan 3500 manatadək məbləğdə cərimə edilir.
Burada “az miqdarda” dedikdə 5 000 manatdan yuxarı olmayan məbləğdə vurulan ziyan nəzərdə tutulur. Bu məbləğdən yuxarı miqdarda talama isə cinayət məsuliyyəti yaradır.
Cinayət Məcəlləsinə görə, təbii qaz, su təchizatı, elektrik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması, bu əməllər xeyli miqdarda - 5 000 manatdan yuxarı, lakin 50 000 manatdan artıq olmayan məbləğdə ziyan vurmaqla törədildikdə 2000 manatdan 4000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.
 

Eyni əməllər külli miqdarda - 50 000 manatdan yuxarı, lakin 500 000 manatdan artıq olmayan məbləğdə ziyan vurmaqla törədildikdə 4000 manatdan 6000 manatadək miqdarda cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


Talama xüsusilə külli miqdarda - 500 000 manatdan yuxarı olan mәblәğdə ziyan vurmaqla törədildikdə isə şəxs 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Bununla belə, qanunvericilikdə sözügedən əməlləri törədənlərin cinayət məsuliyyətindən azad edildiyi hallar da mövcüddur.
Belə ki, Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə görə, əməli xeyli miqdarda və külli miqdarda törətmiş şəxs dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.
Talama əməlini xüsusilə külli miqdarda törədən isə dəymiş ziyanı tamamilə ödəməklə yanaşı, ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə, cinayət məsuliyyətindən azad olunur.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Aprel 2026 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see393

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see383

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see336

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see311

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see305

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see244

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see244

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see242

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see239

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see219

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see213

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see210

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see206

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see202

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see201

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see201

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see197

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see197

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see190

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri