Icma.az
close
up
RU
İşıq, su və qazdan qanunsuz istifadəyə görə cərimələr nə qədərdir? RƏQƏMLƏR

İşıq, su və qazdan qanunsuz istifadəyə görə cərimələr nə qədərdir? RƏQƏMLƏR

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Təbii qaz, su və elektrik şəbəkələrinə qanunsuz qoşulma, sayğac göstəricilərinin təhrif edilməsi hallarına qarşı mübarizə son illərdə gücləndirilsə də, belə əməllərin törədilməsi həmişə aktualdır. Ancaq resursların talanması ilə müşayiət olunan bu hallarla mübarizə təkcə monitorinqlərlə yekunlaşmır.

Qanunvericiliyə görə, belə əməllərin törədilməsi cinayət və inzibati məsuliyyət yaradır.

Bəs, sözügedən məsuliyyət tədbirləri nələrdən ibarətdir?

Qanunvericiliyə əsasən, qaz, su və elektrik enerjisinin talanmasına görə məsuliyyət vurulan ziyanın miqdarına görə müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsi təbii qazın, elektrik enerjisindən istifadə qaydalarının pozulması ilə yanaşı, onların talanmasına qarşı tədbirləri nəzərdə tutur.

Bu maddəyə görə, qazın, elektrik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər 100 manatdan 150 manatadək, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.

Həmçinin su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə isə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 2500 manatdan 3500 manatadək məbləğdə cərimə edilir.

Burada “az miqdarda” dedikdə 5 000 manatdan yuxarı olmayan məbləğdə vurulan ziyan nəzərdə tutulur. Bu məbləğdən yuxarı miqdarda talama isə cinayət məsuliyyəti yaradır.

Cinayət Məcəlləsinə görə, təbii qaz, su təchizatı, elektrik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması, bu əməllər xeyli miqdarda - 5 000 manatdan yuxarı, lakin 50 000 manatdan artıq olmayan məbləğdə ziyan vurmaqla törədildikdə 2000 manatdan 4000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

Eyni əməllər külli miqdarda - 50 000 manatdan yuxarı, lakin 500 000 manatdan artıq olmayan məbləğdə ziyan vurmaqla törədildikdə 4000 manatdan 6000 manatadək miqdarda cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Talama xüsusilə külli miqdarda - 500 000 manatdan yuxarı olan mәblәğdə ziyan vurmaqla törədildikdə isə şəxs 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bununla belə, qanunvericilikdə sözügedən əməlləri törədənlərin cinayət məsuliyyətindən azad edildiyi hallar da mövcüddur. Belə ki, Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə görə, əməli xeyli miqdarda və külli miqdarda törətmiş şəxs dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Talama əməlini xüsusilə külli miqdarda törədən isə dəymiş ziyanı tamamilə ödəməklə yanaşı, ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə, cinayət məsuliyyətindən azad olunur. (“Qafqazinfo” )

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Aprel 2026 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri