Levski nin hücumçusunu Azərbaycanla bağlayan MARAQLI FAKT İki il əvvəl Bakıya köçə bilərmiş
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dünən Konfrans Liqasının III təsnifat mərhələsində təmsilçimiz "Sabah"ın səfərdə qonağı olduğu Bolqarıstanın "Levski Sofiya" klubunun hücumçusu Mustafa Sanqare iki il öncə yay transfer pəncərəsində Azərbaycan klublarına təklif olunsa da, futbolçunu transfer etmək istəyən tapılmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə menecer Fuad İbrahimli qeyd edib.
Onun sözlərinə görə, Mustafa Sanqare hətta illik 80 min dollara Azərbaycana gəlməyə hazır imiş. Lakin lider klublarımız bir yana, turnir cədvəlində axırdan ikinci-üçüncü yerlərdə qərarlaşan komandalar belə bu oyunçunu bəyənməyiblər.
Qeyd edək ki, Mustafa Sanqarenin hazırkı dəyəri 700 min avrodur. O, 2025/26 mövsümü çərçivəsində çıxdığı yeddi oyunda bir qol, üç məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, ilk oyunda "Sabah" səfərdə "Levski Sofiya"ya 1:0 hesabı ilə məğlub oldu. Cavab qarşılaşması ayın 14-ü "Bank Respublika" arenada gerçəkləşəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 08 Avqust 2025 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















