“Levski”nin baş direktoru: Sabah kifayət qədər yaxşı təşkilatlanmış komandadır
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 8 avqust, AZƏRTAC
"Sabah" kifayət qədər yaxşı təşkilatlanmış komandadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bolqarıstanın “Levski” klubunun baş direktoru Daniel Borimirov komandasının UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Sabah” üzərində 1:0 hesablı qələbə qazanması barədə danışarkən deyib.
Fuksioner Sofiya təmsilçisinin layiqli qələbə qazandığını bildirib: “Amma bu gündən cavab matçına hazırlaşacağıq. Bakıda da qələbə qazanmaq istəyirik. Bu, bizim üçün vacibdir. Komanda olaraq 100 dəqiqə ərzində tempi aşağ salmadıq. Rəqib isə son dəqiqələrdə daha çox vaxt aparmağa çalışırdı. Eyni anda üç futbolçuları yerə yıxılmışdı. Bu, müasir futbolda baş verməməlidir”.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 14-də Bakıda təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 08 Avqust 2025 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















