“Lex” “Qarabağ”ın üzvü üçün sanballı təklif hazırlayır
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
"Qarabağ"ın qapıçısı Mateuş Koxalski karyerasını ölkəsində davam etdirə bilər. Sport24.az-ın məlumatına görə, Poznanın "Lex" klubu 25 yaşlı qolkiperlə yaxından maraqlanır.
Ekstraklasa təmsilçisinin yayda polşalı oyunçu üçün "Qarabağ"a rəsmi təklif göndərəcəyi gözlənilir. Onlar böyük məbləğdə təzminat ödəməyə də hazırdırlar.
"Lex" liqanı birinci pillədə bitirəcəyi təqdirdə UEFA Çempionlar Liqasında uğurlu çıxış etmək niyyətindədir və bunun üçün yaxşı heyət formalaşdırmaq istəyir. Poznan komandasının qapıçısı Bartoş Mrozek də Koxalski kimi Polşa yığmasına dəvət alıb. Lakin bu oyunçunu da istəyən klublar çoxdur.
Qeyd edək ki, Mateuş Koxalskinin "Qarabağ"la 2027-ci ilin yayınadək müqaviləsi var.
Bu mövzuda digər xəbərlər:Qarabağ Lex də oynamış nigeriyalını istəyir
26 Avqust 2026 21:48
Marçinyak “Qarabağ”ın “Lex”ə vurduğu qolların qaydalar çərçivəsində olmadığını demişdi...
25 Noyabr 2025 18:57
“Sabah” “Lex” üçün arzuolunmaz rəqib sayıldı
20 May 2026 14:35
Qarabağ ÇL də Ludoqorets və Lex lə qarşılaşa bilər
19 İyul 2025 15:20
Macarıstan mətbuatı: Qarabağ ın futbolçusu üçün təklif göndərilməyib
02 May 2025 13:03
Baxış sayı:135
Bu xəbər 23 Mart 2026 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















