Icma.az
close
up
RU
Marçinyak “Qarabağ”ın “Lex”ə vurduğu qolların qaydalar çərçivəsində olmadığını demişdi...

Marçinyak “Qarabağ”ın “Lex”ə vurduğu qolların qaydalar çərçivəsində olmadığını demişdi...

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Məlumdu ki, “Qarabağ” Neapoldan xalla qayıtsa, liqa mərhələsini ilk “24-lük”də bitirmək ehtimalını böyük ölçüdə artıracaq. Bu səbəbdən tribunalar və komandaların performansıyla bağlı durumla yanaşı, hakim idarəçiliyi də ön planda olacaq.

Əlbəttə, ədalət təmsilçisindən yeganə istəyimiz “köhlən atlar”ın haqqının yeyilməməsi, tapdanmamasıdı. Bu mövzuda acı təcrübənin də olduğunu nəzərə alsaq, baş hakim Şimon Marçinyakı tanımağın vaxtı çatıb. O başqa məsələ ki, əslində polşalı referini tanıyırıq. Amma bu haqda bir qədər sonra...
Şimon Marçinyak... 44 yaşlı referinin təcrübəsiylə bağlı irəli-geri danışmaq bizə yaraşmaz. Axı o, indiyə qədər Polşanın elitasında 415 matç idarə edib, bu oyunlarda futbolçuları 1676 sarı, 99 qırmızı vərəqə ilə üzüb. Çempionlar Liqasının əsas mərhələsində 58 oyun idarə edən ədalət təmsilçisi haqda daha çox informasiya əldə etməkdə fayda var. Zarafat deyil, Marçinyak 2011-ci ildən bəri FİFA referisi kimi fəaliyyət göstərir. O, avrokuboklarda yalnız Konfrans Liqasının təsnifat mərhələsində iş başında olmayıb. Bununla belə, Marçinyak dünya, Avropa çempionatları, Klublararası Dünya Çempionatı, Millətlər Liqası kimi turnirlərdə baş hakim olub. O, beynəlxalq yoldaşlıq oyunlarında da iş başında görünüb. Təbii ki, “fit sahibi” karyerasının zirvəsinə DÇ-2022-nin finalını - Argentina – Fransa (3:3, p. – 4:2) matçını idarə etməklə çatıb.
Xatırladaq ki, Marçinyak həmin görüşdəki idarəçiliyinə görə Fransanın məşhur “Ekip” nəşri tərəfindən ciddi təzyiqə məruz qalmış, qarşı tərəfi “futbolda hər şeyə nöqtə-vergülünə qədər riayət etmək olmur. Ən önəmli məqam oyunun ruhunu qorumaqdı. Dünyada 150 səhifəlik qaydalar kitabını əzbər bilən yüzlərlə hakim, amma mundialın finalını idarə etməyə qadir olan cəmi bir neçə ədalət təmsilçisi var” sözləriylə susdurmuşdu.
Marçinyak DÇ-2012-nin seçmə mərhələsinin Portuqaliya - Azərbaycan görüşünü (3:0) də idarə edib. 2013-cü ildə isə “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki məğlubiyyətinə şahidlik edib. O, “köhlən atlar”ın evdə “Ayntraxt”a uduzduğu (0:2) oyunda iş başında olub. “Fit sahibi”ylə “Qarabağ” arasında daha bir bağ var. Belə ki, o, “köhlən atlar”ın Çempionlar Liqasının 2022/23 mövsümünün 1-ci təsnifat mərhələsi çərçivəsində Bakıda Polşa “Lex”ini darmadağın etdiyi (5:1) oyunla bağlı “instaqram” səhifəsində bu ifadələri işlətmişdi:

“Qarabağ”ın iki qolu qaydalar çərçivəsində vurulmadı. VAR sistemi olsaydı, həmin qollar qeydə alınmazdı”.

Ümumiyyətlə, Marçinyak karyerası boyunca 702 matç idarə edib. Bu qarşılaşmalarda 2930 sarı, 157 qırmızı vərəqə göstərib. Əlbəttə, statistika bu gecə dəyişəcək. Ümid edirik ki, referinin hər addımı ədalət naminə olacaq. Ən azı Marçinyak “Qarabağ”dan “Lex”in qisasını almağa çalışmayacaq...
KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Noyabr 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri