Icma.az
close
up
RU
Ləyaqətli vətəndaş, təmkinli ağsaqqal

Ləyaqətli vətəndaş, təmkinli ağsaqqal

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ömür yolu rəvan olmur. Bu yolların yoxuşu, enişi var. Həyatın çətinliklərinə dözərək zamanın burulğanından üzüağ çıxıb yaşamağı yalnız sağlam düşüncəli insanlar bacarır. Onunla səngərdə-cəbhədə tanış olmağımdan 34 il ötür. Elə müsahibim olduğu andan söz-söhbətimiz alındı və bu, bugünədək davam edən dostluğa çevrildi.

Ondan çox şey öyrəniləsidir.

Vətənpərvərlikdən pedaqoqluğadək, döyüşkənlikdən siyasətədək. Bayram Heydər oğlu Məmmədov ingilis dili müəllimi olduğu üçün (ilk ali təhsilini Xarici Dillər İnstitunda alıb) bir hərbçi kimi ölkəmizi ali kürsülərdə də layiqincə və ləyaqətlə təmsil etməyi bacardı.

O, əsl insan, böyük şəxsiyyətdir. Həqiqi mənada humanist, vicdanlı, təmiz qəlbli Azərbaycan övladıdır. Böyüklə böyük, cavanla cavan, uşaqla uşaq kimi danışmağı bacaran, hər kəslə eyni dildə ünsiyyət quran nadir şəxsiyyətlərdəndir Onun üçün insanın yaşı, vəzifəsi, statusu deyil, xarakteri, əxlaqı, ehtiyacı əsasdır.

Onu fərqləndirən ən əsas cəhətlərdən biri insanları dərindən hiss etmək və anlamaq qabiliyyətidir. Enerjisi bitməzdir. Saatlarla gözəl natiq kimi danışa bilər, insanı yormayan maraqlı nitqə malikdir. Bayram müəllim adamları “kitab kimi oxuya bilir". Kimin üzündə təbəssüm saxtadır, kimin içində bir dərd gizlənir — bunu dərhal sezir. Gözünə hər hansı şübhəli hal dəyərsə, o insanı rahat buraxmaz. Soruşar, maraqlanar, halını öyrənər. Ta ki, içindəki sıxıntını üzə çıxarana qədər. Amma məsələ təkcə bunu öyrənməklə bitməz. O, mütləq çözüm axtarar. Kömək etmədən, əlindən gələni etmədən geri çəkilməz.

Bunun saysız-hesabsız nümunələri var. Hər birinin arxasında bir ailənin, bir insanın taleyinə toxunan xeyirxah əməl dayanır.

Onun yüzlərlə əsgəri cərgə zamanı bir anda süzüb dərhal qayğılarıyla maraqlanmasının da şahidi olmuşam. Bayram Məmmədov zabit heyətinin əsgərlərlə davranışını da gözdən qaçırmırdı. Müdafiə Nazirliyində Silahlı Qüvvələrin Hərbi Akademiyasında Xarici Dillər Kafedrasi rəisinin müavini-baş müəllim işləyəndə də tez-tez müsahibim olurdu.

O, diplomatiyanı və dövlət siyasətini mükəmməl bilən əsl mütəxəssisdir. Belə insanlar həssas xarakterli olur.

Əziz dostum bu gün də ictimai-siyasi həyatımızda baş verən sahələrdə öncüllərdəndir. TAİB-in İdarə Heyətinin üzvü olaraq da bir yerdəyik.

Yüksək mədəniyyətə malik olan dostum həm də çox təmkinli, əsl Azərbaycan kişisinə xas olan ağsaqqal düşüncəlidir.

Bayram müəllim istedadlı qələm sahibi, gözəl yazıçıdır. Unudulan zəhmət adamlarına yeni həyat verməyi məharətlə bacarır.

O, dövri mətbuatda mütəmadi olaraq nəşr olunur. Zəngilanın unudulmaqda olan işıqlı insanları haqqında bir-birindən maraqlı məqalə və oçerklər, xatirələr yazır.

Bu günlərdə "525-ci qəzet" də mərhum anası Məstan xanımın və böyük dayısı Surxay kişinin, eləcə də doğmalarının -zəngilanlılarının Böyük Vətən Müharibəsi illərində yaşadıqları acı taleyi 80 ildən sonra həssaslıqla, sanki o günləri özü yaşadığı kimi qələmə alıb.Düzü məqaləni oxuyanda mən də çox kövrəldim.

“ Anamın bir qəhərinin rəngini indi də unutmamışam: qapqara bir qəhəriydi. Özümü biləndən, sözü-sözdən ayırd etməyi bacarandan bəri hiss etmişəm ki, anamın göz yaşlarıyla islansa da, bu qəhərin rəngi həmin rəngdi, zərrəcə dəyişməyib".

Onun haqqında çox yazmaq olar. 21 mart Bayram müəllimin ad günüdür.

Dəyərli dostum ,Azərbaycan Respublikasının Əməkdar müəllimi, ehtiyatda olan polkovnik-leytenant Bayram Heydər oğlu Məmmədovun 70 yaşı tamam olur. Sözsüz ki, onu təbrik edən onlarla dost-tanışı,qonum-qonşusu və doğmaları olacaq. Mən də əzizimi -gənclik dostumu təbrik edir və həmişə ailəsinin başının üstündən əskik olmamağı,qalan ömrünü də sağlam canla yaşamağı arzulayıram.


Mübariz Süleymanlı,

Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının və AYB-nin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Mart 2026 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri