Icma.az
close
up
RU
Ləyaqətli kişi obrazı

Ləyaqətli kişi obrazı

Dogru.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dəqiq tarixini xatırlamıram. Amma mən çoxdandır belə ləyaqətli insan görməmişdim.

Ümumiyyətlə, Azərbaycanda kişi olmaq çətindir.

Bu coğrafiyada əsasən kişilər qadınlardan tez ölür.

Azərbaycan qadını isə elə bilir ki, kişi elə qadından tez ölməlidir. Düşünür ki, dünyanın hər yerində bu belədir. Məsələn, Finlandiyada bu belə deyil, elə Yaponiyada da.

Qismət elə gətirdi ki, 90-cı illərdən müharibə gördük. Nə qədər ləyaqətli oğlanlarımız Vətən yolunda şəhid oldular.

Sağ qalanlarsa işlədilər. Həyat yorğunluğu başladı. Əvvəl dolanmaq üçün çalışdılar, sonra ev almaq üçün, ala bilməyəndə kirayəni ödədi, ödəyə bilməyənlər kreditə girdi, onu da ödəyə bilməyəndə borca, onu da… onu da…

Çoxu qəflətən – ən sevincli günündə ürəktutmadan öldü.

Ləyaqəti başa papaq edənlər də özünə yer tapa bilmədilər, çərlədilər.

Baxdılar ki, cinsi azlığın nümayəndəsi olmaq dəb olub. Kim onlardandısa üzünə qapılar açılır, hörməti dağlar aşırır, insanlar onlarla şəkil çəkdirmək üçün sıra yarışına girir.

Baxdılar ki, Azərbaycan kişisi Zaurun, Xoşqədəmin, Lalənin verilişində dizlərini yerə atıb yalvarır, ağlayır, mızıldanır. Qadın ətəyindən yapışıb milyonların qarşısında dilənir.

Baxdılar ki, Azərbaycan kişisi şəhid stüardessanın ahıl atasını aldadıb kartındakı 80 minini oğurlayır.

Qürurlandılar da.

Milli Qəhrəman Hökümə xanımın nakam qalan həyat yoldaşına baxın. Başını qaldırmır. Tərbiyəsi, kişiliyi, ləyaqəti ilə dərs verir.

Oğurlanan 80 minin 40 minini ona uzadıblar. Elə bil sevdiyi qadınsız keçirdiyi hər gün üçün min manat hesablanıb. Özüdə düz 40-na kimi.

Təşəkkür etdi, amma götürmədi.

Azərbaycan kişisi budur.

Mel Gibsonun “Cəsur Ürəkdəki” performansı kimi ayağa durub alqışlamaq lazımdır.

Amma bir fərqnən. Bu film deyil, reallıqdır. Çox, çox, lap çox əclaf həyatın reallığı.

Əfsələddin Ağalarov

Azxeber.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://dogru.az
archiveBu xəbər 28 Yanvar 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see369

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see285

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see274

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see261

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see259

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see245

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see241

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see236

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see236

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see232

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see232

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see224

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see224

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see223

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see212

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see211

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see209

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see202

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see200

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri