Leyen: “Aİ nin vacib xammalının 80 faizdən çoxu Çindən asılıdır”
Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Hazırda Aİ-nin Çinlə ticarət kəsiri gündə 1 milyard avro təşkil edir”
“Avropa İttifaqının Çindən gələn vacib xammaldan asılılığı 80 faizə, bəzi nadir torpaq elementləri üçün isə 90 faizə çatır”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen Avropa Parlamentində çıxışı zamanı deyib.
O, Aİ-nin hələ də çoxlu "təhlükəli asılılıqları" olduğunu qeyd edib.
AK prezidenti həmçinin qeyd edib ki, “hazırda Aİ-nin Çinlə ticarət kəsiri gündə 1 milyard avro təşkil edir”.
Siyasətçinin sözlərinə görə, vəziyyət kritik nöqtəyə çatıb, yeni "Çin böhranı" başlayıb.
Leyen bunun bütün Aİ-də cəmiyyətə və biznesə təsir etdiyini və Avropanın sənaye mərkəzlərində sənayeləşmənin azalmasına səbəb olduğunu söyləyib.
O, Brüsselin hazırda ticarətin yenidən balanslaşdırılması ilə bağlı Pekinlə dialoq apardığını vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 16 Sentyabr 2026 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















