Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Leyla Camal: “Mənim aləmimdə ifaçılıq səhnədə ürəyini ortaya qoymaqdır”

Leyla Camal: “Mənim aləmimdə ifaçılıq səhnədə ürəyini ortaya qoymaqdır”

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Hər səsin bir ünvanı var. Bəziləri dərhal eşidilir, bəziləri isə kütlə səs-küyünün arasında itib gedir. Bu gün müasir Azərbaycan musiqisində yaranan gurultu içində bəzən o səslər eşidilmir, zövqlər qarışır, istedadlar isə kölgədə qalır. Amma gələcəyə ümid sonsuzdur. Çünki Azərbaycan musiqisində yeni adlar, yeni səslər doğulur. Biz də həmin səslərin izinə düşürük. Azərbaycan musiqisinə yeni nəfəs gətirən, amma hələ geniş auditoriya tərəfindən kifayət qədər kəşf edilməmiş gəncləri “525-ci qəzet”in yeni - “Səsin izi ilə” rubrikasında oxuculara təqdim edəcəyik. Hər şənbə bir gənc, bir səs, bir hekayə, bir ümid... Çünki istedad eşidilməyə layiqdir. Bu rubrika istedadın ünvanıdır.

“Səsin izi ilə...” rubrikasının budəfəki qonağı gənc və istedadlı müğənni Leyla Camaldır. O, təkcə gözəl səsi və musiqi duyumuna görə deyil, həm də zəngin daxili aləmi və ədəbiyyata, sözə olan xüsusi marağı ilə seçilir. Tanınmış şair Cığatel İsaqızının övladı olan Leyla sənətə həm söz, həm də musiqi mühitinin içindən gəlir. Onun ifasında səslənən hər bir not sanki həm poeziyanın incəliyini, həm də musiqinin dərinliyini daşıyır. Leyla özü də yazır, hisslərini sözə çevirir və bu yönü sayəsində musiqi ilə ədəbiyyat arasında gözəl bir körpü yaradır. Davamını müsahibimin öz dilindən oxuyaq:

“Musiqiyə marağım lap körpəlik illərimdən başlayıb. Evdə həmişə danışırlar ki, mən dil açanda ilk sözlərim “ata”, “ana” yox, “Arım, balım, pətəyim” mahnısının misraları olub. Yəni ilk dediyim sözlər bir mahnının sətirləri imiş. Zaman keçdikcə bu marağımı görən valideynlərim məni musiqi məktəbinə yazdırdılar. Orta məktəb illərində də, demək olar ki, birinci sinifdən “Əlifba” bayramından başlamış bütün tədbirlərdə və bayram şənliklərində mahnı oxuyardım. Həmin çıxışların lent yazıları bu gün də evimizdə saxlanılır.

Bu sənətə böyük marağım və sevgim olub. Müxtəlif musiqi məktəblərində təhsil alsam da, etiraf etməliyəm ki, musiqi sahəsində istədiyim səviyyəyə tam çatmamışam. Həyatımda müəyyən dövrlər olub ki, bu yolda bir qədər geri qalmalı olmuşam. Amma düşünürəm, heç nə üçün gec deyil. Hazırda mənim həyatımla, sənətimlə və yaradıcılığımla bağlı ən böyük planım akademik musiqi təhsili almaqdır. Allahın izni ilə bu arzuma da yaxın zamanda çatacağıma inanıram.

Ümumiyyətlə, musiqi elə bir dəryadır ki, onu öyrənmək üçün bir ömür belə azdır. Amma mən bu dəryada üzürəm, öyrənirəm və öyrənməyə də davam edəcəyəm.

Heç vaxt konkret şəkildə şöhrət dalınca qaçmamışam, şöhrətpərəst biri olmamışam. Əslində, musiqidən böyük gözləntilərim də yoxdur. Mən oxuyanda əsas məqsədim hisslərimi, duyğularımı insanlara çatdırmaqdır. Maddi baxımdan isə bu sənətdən heç bir umacağım yoxdur.

Amma etiraf etməliyəm ki, bu, çox çətin sənətdir. Bu yolda addımlamaq və irəliləyə bilmək üçün əvvəlcə çox güclü olmaq lazımdır. Ardınca isə çox ağıllı. Çünki sənət və hörmət bir-birindən ayrı düşəndə, ikisi də dəyərsizləşir. Amma hər ikisi bir arada olanda, bu sənətin ləzzəti tamam başqa olur.

Hər zaman deyirəm ki, istənilən peşədə insanlar əgər hörmətli olmağın dadını, ləzzətini bilsəydilər, heç vaxt özlərini yüngül, nalayiq şəkildə aparmazdılar. Mənim aləmimdə ifaçılıq səhnədə ürəyini ortaya qoymaqdır. Oxuyarkən ürəyini göstərmək və qarşılığında həmin ürəyə görə hörmət qazanmaq - bax mənim üçün sənət budur”.

Bəzən insanın içində elə dərin hisslər olur ki, onları sözlə ifadə etmək çətinləşir. Müsahibim də hisslərinin bu zənginliyindən danışarkən musiqi və söz arasındakı bağa toxunur. Onun üçün yazmaq da, oxumaq da nəfəs almaq kimidir. Lakin bu nəfəsin ifadəsi zamanla, daxili hazırlıqla tamamlanır...

“Musiqi və söz elə bir vəhdətdədir ki, onlardan heç biri o birindən üstün ola bilməz. Çünki musiqisiz söz, sözsüz musiqi olmaz. Mənim də musiqi ilə yanaşı, ədəbiyyata böyük sevgim və müəyyən istedadım var. Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Lakin təəssüf ki, çoxdandır yazmıram.

Bu məsələnin səbəbi barədə çox düşünmüşəm. Nəticədə belə qənaətə gəlmişəm ki, hisslərim bəlkə də sözlərə sığmayacaq qədər böyükdür. Bu da mənə çətinlik yaradır. Çünki əvvəllər yazı ilə məşğul olduğum vaxtlarda daha rahat, daha özümə yaxın hiss edirdim. İllərdir dəftər-qələmdən uzaq düşmək məni ruhən yorur. Bəzən yazmağa cəhd edirəm, amma hiss edirəm ki, kifayət etmir. Duyğularım çox dərindir, dünyam genişdir və bu böyük dünyanı sözlə ifadə etmək heç də asan deyil.

Amma əminəm ki, bir gün o dərin hissləri də kağıza köçürə biləcəyəm. Çünki yazmaq mənim üçün doğmadır - canımda, qanımda var. Mən şair ailəsində doğulmuşam. Anam Cığatel İsaqızının poeziya dünyasına, istedadına oxucular yaxşı bələddirlər. Onu yazarkən seyr etdikcə düşünürəm ki, anam necə də bəxtəvərdir. Allah onun qələmini də, özünü də ədəbiyyatımıza çox görməsin.

İnanıram ki, həyat təcrübəm artdıqca, sözlərə bürünmək daha asan olacaq. Musiqinin yeri bir başqadır, yazmağın yeri isə tamam ayrıdır. Mənə görə, yazmaq oxumaq qədər insanı rahatladan, nəfəs verən bir vasitədir. Ola bilsin ki, bu gün hisslərimi səslə ifadə etdiyim üçün yazmaq ikinci plana keçib. Bilmirəm. Bütün bunlara zaman cavab verəcək”.

Musiqi bəzən bir coğrafiya, bir mədəniyyət deyil, bütöv bir kainat olur insan üçün. Onun hər küncündə bir duyğu, hər qatında bir hiss yatır. Həmin kainatda dolaşmaq üçünsə insana yalnız texniki bilik deyil, həm də o musiqinin ruhuna sirayət edə biləcək bir qəlb, bir eşq lazımdır. Leyla xanım üçün musiqi sərhədsiz bir dildir. O, hansı janrda olursa-olsun, içində səmimi duyğu, məntiq və ahəng olan hər bir səsi öz iç dünyasında hiss edə bilir. Bu yanaşma onu təkcə bir ifaçı kimi deyil, həm də musiqi ilə düşünən, yaşayan bir sənətkar kimi fərqləndirir. Hiss etmədiyi heç nəyi oxumayan, musiqinin yalnız notlardan ibarət olmadığını dərk edən bu gənc ifaçının düşüncələri isə belə səslənir:

“Hər janrı ifa etməsəm də, özümü musiqinin istənilən janrında görürəm. Hətta bəzən xarici mahnılar olur ki, sözlərini anlamasam da, musiqisi məni alıb aparır, dinlədiyim musiqinin içərisində özümü çox rahat hiss edirəm. Musiqinin dili, dini, irqi, ölkəsi yoxdur mənim üçün. Yetər ki, ruhuma yaxın olsun, sözlərində məntiq və duyğu olsun. Həmçinin, ifaçı da onu insanların qəlbinə toxuna biləcək səviyyədə oxuya bilsin.

Mənasız söz toplusu, “oxuyum, bir mahnım da artsın” düşüncəsi ilə ifa edilən mahnılar böyük bir boşluqdur, mənə görə.

Azərbaycan musiqisi muğam üzərində formalaşıb. Muğam bütün musiqilərin açarıdır. Mənim də ruhuma, qəlbimə, kimliyimə ən yaxın, ən doğma musiqi elə muğamdır”.

Bəzən insanın həyatında elə döngələr olur ki, ən sevdiyi, ən çox bağlandığı yollar belə ondan uzaq düşür. Amma bu uzaqlıq heç vaxt tam qopmaq anlamına gəlmir. Səssiz və təmkinli geri dönüşlərin arxasında isə çox vaxt böyük bir iradə, yanğı və təvazökar təşəkkür dayanır. Leyla Camalın sənətə yanaşması da məhz belədir. Bu, özünü tanıyan, ustadını unutmayan, həyatın çətinliklərinə baxmayaraq, yenidən musiqiyə doğru addımlayan bir ruhun səmimi etirafıdır...

“Ustadım Xalq artisti Gülyaz Məmmədovadır. Ondan dərs almışam. Amma etiraf edim ki, həyatımın bir dövründə yaşadıqlarım məni həm musiqi təhsilimdən, həm də səhnədən uzaq saldı. O dövrü və itirdiyim zamanı düşünəndə özümə yazığım gəlir. Ancaq yenə də deyirəm ki, öyrənməyin yaşı, zamanı yoxdur. Yetər ki, istəyəsən. Bu dünyada hər şey istəməklə başlayır. İstək və bir az da güc olandan sonra insanın Allahın izni ilə çata bilməyəcəyi yer yoxdur. Mən bütün ustadlarıma, xüsusən də, Gülyaz xanıma mənə öyrətdiklərinə görə öz təşəkkürümü bildirəm.

Musiqi təhsili mənim üçün çox önəmlidir. Ancaq istedad olmasa, təhsil heç bir işə yaramır. Mütləq şəkildə istedad olmalıdır ki, insan o təhsildən duyğuları ilə birgə yararlana bilsin. Təhsil almış oxumağa çalışanlar çoxdur. Amma ürək, istedad və yaradıcılıq olmayanda bir müddət sonra musiqi ondan uzaqlaşır. O istəməsə də, musiqi uzaqlaşacaq. İstedadı olan adama isə bəli, təhsil də önəmlidir”.

Bəzən insanın dediyi hər söz, qurduğu hər cümlə onun yalnız fikrini deyil, həm də həyat fəlsəfəsini açır. Plan qurmaqla bağlı tərəddüdləri, ömrün faniliyi ilə barışmış baxışları, bir tərəfdən ruhunun həyatsevərliyi, digər tərəfdən isə zamanın vəfasızlığına olan dərin anlayışı həmsöhbətimin şəxsiyyətini bir qədər də aşkara çıxarır. Onun üçün gələcək dəqiq cədvələ salınmış bir yol deyil, qismətə, Allaha, insanın öz istəklərinə bağlı olan bir ümiddir. Musiqi isə bu yolun ən işıqlı, ən təsirli ünvanıdır. Leylanın səsi kimi fikirləri də səmimidir, planları arzudur, arzuları isə xalqına olan sevgidən doğur. O, bu sözlərlə həm özünün, həm də bir çox sənətkarın ruh halını ifadə edir:

“Əslində, gələcəklə bağlı plan qurmaq bir tərəfə, xarakter etibarilə bu gündən sabaha da plan quran insan deyiləm. Həyatı, xüsusən də ölümü dərk edən insan plan qurmur. Yox, bədbin, pessimist insan deyiləm. Əksinə, çox həyat dolu, şövqlü insanam. Ancaq həyatın vəfasızlığına da yaxşı bələdəm. Əgər həyat vəfa edərsə, gələcəklə bağlı planımda musiqini öyrənmək, təhsilimi təkmilləşdirmək, muğam təhsilimi dərinləşdirmək, bu sənətdə insanların qəlbinə yol tapacaq universal mahnılar ifa etmək var. Bunlar plan deyil, arzudur, istəkdir. Əgər həyat şərtlərim buna imkan verərsə, nə gözəl. Tək arzum hörmətlə, izzətlə bu sənəti, əsl musiqini tamaşaçılarımıza təqdim etməkdir. Bu həyatda tək amalım insanların sevgi və hörmətini qazanmaqdır”.

Şahanə MÜŞFİQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://525.az
archiveBu xəbər 02 İyun 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri