Icma.az
close
up
RU
Sakin ürəyini boşaldıb gedir...

Sakin ürəyini boşaldıb gedir...

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu foyedə gördüyünüz insanların hamısı Goranboyun sakinləridir. Hərəsi bir kənddən, qəsəbədən gəlib. Biri qonşusundan şikayət edir, digəri əkin sahəsini vaxtında suvara bilməməsindən, başqa birisi ona müvafiq iş olmamasından…     Onları nəzakətlə, səbrlə, təmkinlə dinləyən də Goranboy sakinləridir: rayon icra hakimiyyətinin başçısından tutmuş, kənd icra nümayəndəsinədək, təsərrüfat rəhbərinədək. 

Burada inzibatçılıq, rəsmiyyət də arxa plana keçib, çox sərbəstlikdir. Elə foyedəcə, ayaqüstü hərə öz problemini çox rahatlıqla söyləyə bilir, heç bir sıxıntı yoxdur. Baxırsan ki, iki-üç nəfər rayon rəhbərinin yanına yığışıb, maraqla qulaq asır. Bir qədər aralıda başçının birinci müavinidir, qəbula gələni sonadək dinləməyə çalışır. Foyenin aşağı tərəfində rayonun baş memarı nəyisə izah edir, qonşunun haqlı olmadığını bildiririr…Ən maraqlısı da odur ki, belə bir görüş-qəbul daha çox səmərəli olur. Çünki məsələlələrin bir çoxu elə yerindəcə həll olunur. Nəticəsindən qəbula gələn də razı qalır, problemi həll edən icra məmuru da.

Bax, beləcə Goranboyda istər səyyar qəbullar, istərsə də icra hakimiyyətinin binasındakı qəbullar yüksək səviyyədə keçir, adamlar da razı qallr.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, Goranboy rayon İcra Hakimiyyətinin inzibati binasında  və yaşayış məntəqələrində vətəndaşların bu cür qəbulları, onların problem və müraciətlərinin belə maraqla qarşılanması təqdirəlayiq haldır. Burada rayon rəhbərindən başqa İcra Başçısı Aparatının məsul əməkdaşları, xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndə və yerli bələdiyyələrin iştirakı da məsələlərin operativ çözülməsinə səbəb olur.

Lakin qəbul elə bununla bitmir.  Müraciətlərin araşdırılması və həlli məqsədi ilə xidmət sahələrinin rəhbərləri ilə birgə müzakirələr aparılır, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər hazırlanır və sair… Yəni sakin beş dəqiqəyə ürəyini boşaldıb gedir, icraçı saatlarla, bəzən günlərlə bu problemin həllinə çalışır.

Goranboyda vacib məsələyə bu cür yanaşma rayon sakinləri arasında məmnunluq yaradır.

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri,

Goranboy rayonu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 İyun 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see310

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see281

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see265

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see264

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see257

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see256

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see238

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see223

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see220

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see209

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see199

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see194

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see187

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see184

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see169

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see169

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri