Icma.az
close
up
RU
Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib Xəbər saytı Son xəbərlər və Hadisələr

Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 10-da Bakının Mərdəkan qəsəbəsində yerləşən 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsini ziyarət edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sosial xidmət müəssisəsinin fəaliyyəti barədə Leyla Əliyevaya məlumat verib. Müəssisədə 150-dək uşağın dövlət himayəsində yaşamaqla, reabilitasiya xidmətləri ilə təmin edildiyi qeyd olunub.

Leyla Əliyeva müəssisədə uşaqların bacarıqlarının artırılması üçün yaradılmış emalatxana, əmək terapiyası, məşğələ, aktiv terapiya, musiqi, idman otaqları ilə tanış olub. Uşaqlar geyim dəfiləsi nümayiş etdirib, rəqslər ifa edib, qonaqlarla birgə kətan üzərində rəsm çəkiblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti paytaxtın Ramana qəsəbəsindəki Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində də olub. Burada Leyla Əliyevaya peşə reabilitasiyasının təşkili işləri barədə məlumat verilib.

Bu il müəssisədə əlilliyi olan 15-29 yaşlı 500 şəxsə xidmət göstərildiyi, hazırda 143 benefisiarın peşə təlimində olduğu qeyd edilib. Mərkəzə qəbul edilənlərin dövlət hesabına yataqxana, yemək və reabilitasiya xidmətləri ilə də təmin olunduğu bildirilib.

Leyla Əliyeva Mərkəzdə peşə təlimi prosesi ilə tanış olub, əlilliyi olan gənclərin stolüstü oyunlarını izləyib, boccia üzrə milli komandanın üzvləri ilə görüşüb.

Benefisiarlar Azərbaycanın Dövlət Himnini jest dilində ifa ediblər. Sonra onların əl işlərindən ibarət geyimlərin moda nümayişi olub.

Təlim kursunda olan gənclər "İnnabı" rəqsini ifa ediblər və Leyla Əliyeva onlarla birgə rəqs edib. Əlilliyi olan şəxslər, həmçinin mahnılar, Leyla Əliyevanın şeirlərini səsləndiriblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti tərəfindən hər iki sosial xidmət müəssisəsinə hədiyyələr təqdim edilib.

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://baku.ws
archiveBu xəbər 10 Dekabr 2024 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR işçilərinə mükafat – Rəsmi əmr FOTO

15 Sentyabr 2025 18:42see1657

Alvarezlə Kroufordun döyüşü tarixə düşüb

15 Sentyabr 2025 00:08see215

İsrailin addımları artıq bütün dünyada narahatlıq yaradıb ŞƏRH

15 Sentyabr 2025 19:52see191

Bolqarıstanlılar avronun qəbul edilməsinə etiraz edir

14 Sentyabr 2025 05:22see141

Mövsümün sonunda Mançester Siti dən ayrılacaq

14 Sentyabr 2025 16:59see140

Real ın oyunçusuna qırmızı verən hakim cəzalandırılacaq

14 Sentyabr 2025 17:05see140

“Benfika” “Qarabağ” matçında söz sahibi o olacaq

14 Sentyabr 2025 13:47see140

Türkiyəli nazir müavini: Kültür yolu festivalı çərçivəsində Azərbaycanla əməkdaşlıq edəcəyik

14 Sentyabr 2025 12:49see140

İlham Əliyev Hadrut qəsəbəsində olub FOTOLAR KONKRET

14 Sentyabr 2025 13:43see138

Beşiktaş Musayevi istəyir

14 Sentyabr 2025 13:49see137

Ermənistan Ağrıdağı SİLDİ FOTO

14 Sentyabr 2025 13:04see135

Yaşlanma əleyhinə inyeksiya

14 Sentyabr 2025 20:01see131

Xankəndidə erməni təxribata belə HAZIRLAŞIB VİDEO

15 Sentyabr 2025 00:52see131

Geosiyasətin cinayət yolu...

15 Sentyabr 2025 13:28see124

İsrail ordusu Nəbatiyəni vurdu: Hədəf...

15 Sentyabr 2025 23:45see122

Operanın sərhədlərini aşan, ifası ilə insanlıq dərsi verən tenor Luçano Pavarotti

15 Sentyabr 2025 02:00see120

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

15 Sentyabr 2025 21:39see119

Ülviyyə Cabbarova: 8 dövlətin iştirakı ilə yaradılan Türk Dünyası Sığorta Birliyi böyük önəm daşıyır

14 Sentyabr 2025 13:28see115

Türkiyədə zəlzələyə davamlı muzey inşa ediləcək: 100 minə yaxın eksponat təhlükəsiz yerə daşınıb

14 Sentyabr 2025 05:12see115

Braziliya lideri Trampı dürüst dialoqa çağırdı

14 Sentyabr 2025 20:42see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri