Leyla Əliyeva Tiranada Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Leyla Əliyeva Tiranada Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.
APA xəbər verir ki, söhbət zamanı Prezident Bayram Beqay Albaniya Baş nazirinin iqamətgahında açılan sərginin iki xalq arasında münasibətlərin inkişafında mühüm mərhələ olduğunu qeyd edib.
Leyla Əliyeva Azərbaycan və Albaniya arasında münasibətlərin təməlinin formal protokollardan kənara çıxdığını vurğulayıb.
Görüşdə logistik çətinliklərin aradan qaldırılması mövzusuna toxunulub. Bakı–Tirana birbaşa aviareyslərinin işə salınmasının zəruriliyi vurğulanıb.
Albaniyada ildə 300 günəşli günün olması nəzərə alınaraq, ölkədə ilboyu turizm və ekoturizm konsepsiyalarının inkişafı, həmçinin Albaniya, Monteneqro və Kosovonu birləşdirən ortaq marşrutların yaradılması müzakirə edilib.
Bildirilib ki, iqtisadi sahədə, xüsusilə turizm sektorunda Azərbaycan investisiyalarına böyük maraq göstərilir. Qeyd olunub ki, Azərbaycanın Monteneqroda icra etdiyi uğurlu layihələr Albaniya sahillərində nəinki təkrarlanacaq, hətta daha böyük nəticələr verəcək. Söhbət zamanı iki ölkənin liderlərinin siyasi iradəsinin konkret addımlarla - viza rejiminin ləğvi və diplomatik təmsilçiliyin gücləndirilməsi ilə təsdiqini tapdığı bildirilib.
Sonra Albaniya Prezidenti Baş nazirin iqamətgahında nümayiş olunan MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi ilə tanış oldu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:204
Bu xəbər 19 Fevral 2026 02:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















