Icma.az
close
up
RU
Albaniya Respublikasının Prezidenti Bayram Beqay “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Albaniya Respublikasının Prezidenti Bayram Beqay “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Albaniya Respublikasının Prezidenti Bayram Beqay xalqlar arasında sülhün, dostluğun, əməkdaşlıq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində xidmətlərinə, Azərbaycan ilə Albaniya arasında dostluq, siyasi, iqtisadi və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın dostu” qızıl ordeni təqdim olunub.
Albaniya Respublikasının Prezidenti Bayram Beqaya mükafatı jurnalın baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirli Albaniyanın paytaxtı Tirana şəhərində Prezident iqamətgahında görüş zamanı təqdim edib.

E.Nəsirli görüş zamanı bildirib ki, ölkəmizin çap mediasında özünəməxsus dəst-xəti ilə seçilən “Azərbaycanım” jurnalı 20 ildən çoxdur ki, maraqlı, məzmunlu yazıları ilə oxucularının görüşünə gəlir. Jurnalın kollektivi Azərbaycanın haqq səsinin dünya oxucusuna çatdırılması üçün layiqincə çalışıb, bu istiqamətdə böyük səylər göstərib. Bunun nəticəsidir ki, “Azərbaycanım” jurnalı aylıq nəşr kimi nəinki respublika ərazisində, eləcə də dünyanın müxtəlif ölkələrində geniş oxucu auditoriyası qazanıb.

Sonra ölkələrimiz arasında əlaqələrin bugünkü səviyyəsindən söhbət açan Emil Nəsirli deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşləri hər iki ölkənin münasibətlərinin inkişafında yeni mərhələ hesab edilə bilər və ölkəmizin həyata keçirdiyi xarici siyasət baxımından xeyli əhəmiyyətlidir. Belə ki, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı rəsmi Bakının xarici siyasət kursunun vacib istiqamətlərindən biridir. Baş redaktor onu da xüsusi vurğulayıb ki, Balkan yarımadasının cənub-qərbində yerləşən Albaniya ilə Azərbaycan arasında siyasi dialoq bu il də yüksələn xətlə inkişaf edir. Bakı ilə Tirana arasında əməkdaşlığın intensivləşməsi isə Azərbaycanın ABŞ və Aİ ilə yaxınlaşmasının paralel şəkildə həyata keçirilməsinə imkan yaradır. “Ümumilikdə, Albaniya bu siyasi konfiqurasiyada əhəmiyyətli rola malikdir. Çünki onun ABŞ, Türkiyə və digər ölkələrlə  münasibətləri yüksək səviyyədədir” – deyə E.Nəsirli bildirib.

İqtisadi sahədə əməkdaşlığa gəlincə, görüşdə Emil Nəsirli onu da əlavə edib ki, Azərbaycan və Albaniya arasında son dövrlərdə ticarət əlaqələrində canlanma müşahidə edilib. İki ölkə arasında iqtisadi-ticari əlaqələrin geniş potensiala malik olması baxımından tərəflər bu sahədə əməkdaşlığın inkişafı məqsədilə birgə səyləri artırmağı məqsədəuyğun hesab edirlər. Enerji sahəsində əməkdaşlıq isə iqtisadi əlaqələrimizin əsas istiqamətidir. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin həyata keçirilməsi strateji əhəmiyyət daşıyır və hər iki ölkə bu istiqamətdə uğurla əməkdaşlıq edir.

Görüşdə Albaniya Respublikasının Prezidenti Bayram Beqay bu mükafata layiq gördüklərinə görə jurnalın Redaksiya Şurasına təşəkkürlərini bildirib, iki ölkə arasında əlaqələrin və əməkdaşlığın gücləndirilməsi istiqamətində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib.

Aparılan fikir mübadiləsi zamanı Prezident Bayram Beqay bildirib ki, əlbəttə, Sizin qeyd etdiyiniz kimi ölkələrimiz dost ölkələrdir. Biz ikitərəfli əməkdaşlığımızı gücləndirmək üçün çalışmalıyıq, xüsusilə iqtisadiyyat və turizm sahələrində. Bizdə Transadriatik boru kəməri var və ölkənin bütün ərazisini qazlaşdırmaq üçün daha çox iş görməliyik.

Görüşdə Azərbaycan ilə Albaniya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin olduğu vurğulandı, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və qarşılıqlı dəstəyi yüksək qiymətləndirildi.

Söhbət zamanı ölkələrimiz arasında mətbuat orqanları arasında informasiya mübadiləsi, həmçinin enerji sahəsində əməkdaşlıq, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı, yüksəksəviyyəli qarşılıqlı səfərlərin və təmasların bundan sonra da davam etdiriləcəyi bildirildi.

Sonda xatirə şəkli çəkdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Aprel 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri