Leyla Əliyevanın təşəbbüsü ilə “Cırtdan Meqa Şousu” təşkil olundu FOTOLAR
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Cırtdan Meqa Şousu” bu il də ənənəvi olaraq xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunub.
"Unikal" xəbər verir ki, “Cırtdan: Zamanda Səyahət” başlığı ilə təqdim edilən şou Bakı Konqres Mərkəzinin səhnəsində nümayiş etdirilib. Şounun ilk seansı uşaq evlərində, internat və xüsusi internat məktəblərində böyüyən balaca qonaqlar üçün təşkil olunub və bu çərçivədə 17 uşaq müəssisəsindən gələn ümumilikdə 948 nəfər şou proqramını izləyib. Həmçinin IDEA İctimai Birliyinin könüllüləri tərəfindən uşaqlara hədiyyələr təqdim edilib. Yeni il ərəfəsində təqdim olunan bu rəngarəng və maraqlı tamaşa balaca izləyicilərə unudulmaz anlar yaşadaraq onlara bayram əhval-ruhiyyəsi bəxş edib.
Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə həm ölkəmizin müxtəlif regionlarında, həm də dünyanın bir sıra ölkələrində humanitar, təhsil, səhiyyə, sosial, ekoloji və digər sahələri əhatə edən genişmiqyaslı layihələr mütəmadi olaraq həyata keçirilir. Xüsusilə bayram günlərində uşaq evlərində, internat müəssisələrində, eləcə də müalicə və qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbirlərinin təşkili bu təşəbbüslərin əsas istiqamətlərindən biridir. Himayədən məhrum olmuş, qayğıya daha çox ehtiyac duyan uşaqların sevindirilməsi, onların bayram ab-havasını hiss etmələri məqsədilə bu cür tədbirlər mütəmadi olaraq təşkil olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 27 Dekabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















