Icma.az
close
up
RU
Leyla Əliyevanın təşəbbüsü ilə Kəlbəcərdə Bal Festivalı keçirilib FOTOLAR

Leyla Əliyevanın təşəbbüsü ilə Kəlbəcərdə Bal Festivalı keçirilib FOTOLAR

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Sentyabrın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Kəlbəcər rayonunda “Kəlbəcər Bal Festivalı 2025” tədbiri baş tutub.

"Unikal" xəbər verir ki, festival IDEA İctimai Birliyinin, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, “Aqrar Tədarük və Təchizat” ASC-nin idarə heyətinin sədri Elgün Məhəmmədəlizadə, dövlət qurumlarının nümayəndələri, yerli sakinlər iştirak ediblər.
Festivalda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından, Respublikanın digər bölgələrindən məhsullarını brendləşdirmiş ümumilikdə 37 arıçı fermer iştirak edib.  IDEA İctimai Birliyinin təşəbbüsü ilə gənclər arasında ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən “Gənc Arıçı” layihəsinin iştirakçıları da festivalda məhsullarını sərgiləyiblər. Festivalda həmçinin arıçıların iştirakı ilə bal və digər arıçılıq məhsullarının nümayişi, bu istiqamətdə innovativ yanaşmaların və texnologiyaların təqdimatı, bal məhsullarının dequstasiyası və milli mətbəx nümunələri, eləcə də  uşaqlar üçün  əyləncə zonaları  təşkil olunub.
Tədbirin keçirilməsində əsas məqsəd Kəlbəcər balının tanıdılması və coğrafi brendləşmə, yerli arıçıların dəstəklənməsi, yerli və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, həmçinin, Kəlbəcərin tarixi, təbiəti və yaylaqlarının tanıdılması ilə turizmin inkişafına töhfə, aqroturizm, ekoturizm və kənd turizminə marağın artırılması, bölgənin musiqisinin, rəqslərinin, mətbəxinin, milli-mədəni irsin təbliğidir. 
Tədbir iştirakçıları öncə arıçı fermerlərin nümayiş etdirdikləri arıçılıq məhsullarına baxış keçirib, onlarla həmsöhbət olublar. 
Tədbirin rəsmi hissəsində  Azərbaycan Respublikası Prezidentinin Kəlbəcərdəki  Xüsusi Nümayəndəsi Bəşir Hacıyev bildirib ki, Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı quruculuq işləri Kəlbəcərin qədim ənənələrinin, o cümlədən arıçılığın bərpasına və inkişafına geniş imkanlar açır: “Cənab Prezident dəfələrlə Kəlbəcər balını şəxsən təbliğ edib ki, bu da həmin məhsulun keyfiyyətinə və tanınmasına verilən ən yüksək dəyərin göstəricisidir. Bu gün Kəlbəcər balı öz təbii xüsusiyyətləri və keyfiyyəti ilə seçilərək Azərbaycanın milli brendlərindən birinə çevrilməkdədir. Bu festival vasitəsilə biz yalnız Kəlbəcər balını deyil, bütövlükdə rayonun təbii sərvətlərini, zəngin florasını, faunasını və burada yaşayan insanların zəhmətini geniş auditoriyaya təqdim edirik”.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kəlbəcər və digər azad olunmuş ərazilərin arıçılığın inkişafı üçün geniş potensiala malik olduğunu, bölgənin yaylaqlarında istehsal olunan arıçılıq məhsullarına daxili bazarda böyük tələbat olduğunu deyib. Bal və digər arıçılıq məhsullarının beynəlxalq bazarlara çıxışı üçün brendləşmənin vacibliyini bildirən nazir bu istiqamətdə nazirlik tərəfindən arıçılara köməklik göstərildiyini qeyd edib. Nazir bildirib ki, 2024-cü ildə Azərbaycanda arı ailələrinin sayı 579 minə çatıb, bal istehsalı 2023-cü illə müqayisədə 13,04% artıb. Nazir bildirib ki, bu festivala göstərilən böyük maraq onun ənənəyə çevriləcəyinə və hər il keçirilməsinə əsas yaradır.
“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri  Elgün Məhəmmədəlizadə  isə arıçılığın ölkənin kənd təsərrüfatında mühüm rolunu vurğulayaraq dövlətin bu sahəyə göstərdiyi dəstək nəticəsində istehsal həcminin sürətlə artdığını bildirib. 
Tədbir konsert proqramı ilə davam etdirilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://unikal.az
archiveBu xəbər 24 Sentyabr 2025 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri