Leyla və Arzu Əliyevalar Xızıda arıçı ailəsi ilə görüşdü FOTO
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Xızı rayonuna səfəri çərçivəsində "Gənc arıçı" layihəsinin iştirakçılarından biri olan, Altıağac qəsəbəsində yaşayan Dadaşovlar ailəsinin qonağı olub.
Modern.az xəbər verir ki, görüş zamanı ailə üzvləri ilə səmimi söhbət edilib, onların layihə çərçivəsində qazandıqları təcrübə və gələcək planları ilə yaxından maraqlanılıb.
Ailə üzvləri bu layihənin həyata keçirilməsi təşəbbüsünə, eləcə də Leyla Əliyeva və Arzu Əliyevanın şəxsən ziyarətinə görə səmimi minnətdarlıqlarını bildiriblər.
"Gənc arıçı" layihəsinin əsas məqsədi regionlarda gənc ailələrin arıçılıq sahəsinə marağını artırmaq, onların məşğulluğunu və ekoloji cəhətdən dayanıqlı kiçik ailə bizneslərini dəstəkləməkdir.
Qeyd edək ki, layihə iştirakçısı Sevinc Dadaşovanın atası Adıgözəl Səfərov 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev ilə görüşmüş, onun dəstəyi sayəsində Azərbaycan Fermer Təsərrüfatları İttifaqı tərəfindən ABŞ-nin Ayova ştatına kənd təsərrüfatı və fermerlik sahəsində təcrübə mübadiləsi proqramına göndərilmişdir.













Baxış sayı:98
Bu xəbər 18 İyul 2025 08:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















