Leyla və Arzu Əliyevalar Xızıda yenilənmiş şahmat məktəbinin açılışında iştirak ediblər FOTO
Icma.az, Dogru.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Doğru.az xəbər verir ki, iyunun 23-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin direktoru Arzu Əliyeva Xızı rayonunda olublar.
Səfər çərçivəsində Leyla Əliyevanın təşəbbüsü ilə əsaslı şəkildə yenilənmiş Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin açılışı baş tutub. Müasir tələblərə cavab verən məktəb binasında uşaqlar üçün zəruri şərait yaradılıb, intellektual bacarıqların inkişafına yönəlmiş dərs avadanlıqları ilə təmin edilib.
Leyla Əliyeva məktəbin fəaliyyəti ilə tanış olub, şahmat dərslərinin təşkili barədə məlumat alıb və şagirdlərlə səmimi söhbət edib. O, uşaqların dərslərindəki uğurları ilə maraqlanıb və məktəblilərə hədiyyələr təqdim olunub.
Səfər çərçivəsində həmçinin Giləzi qəsəbəsində 100-ə yaxın uşağa idman geyimləri və futbol topları verilib.
Bu təşəbbüslər regionda uşaq və yeniyetmələrin fiziki və intellektual inkişafına dəstək məqsədi daşıyır.
DOĞRU.AZ


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 24 İyun 2025 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















