Leysan Məmmədovun gizli sövdələşmələri... Sabiq məmura ağır ittihamlar
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İşğaldan azad olunmuş ərazilərdə tikinti-quruculuq işlərinin görülməsi ilə bağlı keçirilən tender prosedurlarına korrupsioner məmur müdaxilələrinin olmasına şübhələr artır.
Bakupost.az xəbər verir ki, bu barədə demokrat.az -da dərc olunan məqalədə bildirilir.
Yazıda qeyd olunur ki, 23.01.2025- ci ildə və 31.01.2025- ci ildə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Publik Hüquqi Şəxs tərəfindən elan olunmuş tenderlərdə ümumi olaraq 27 təchizatçı şirkət iştirak etsə də, nəticə dəyişməz olaraq “Dövlət Satınalmaları haqqında” Qanunun 33.13-cü maddəsinə əsasən, “SMTS” MMC-nin qalib olunması ilə yekunlaşıb:
"Mahiyyət etibarilə bu qanun imkan verir ki, uyğunluq sertifikatı əldə etmiş təchizatçıya güzəştlər tətbiq edilsin. Amma bu güzəştlər gizli sövdələşməyə və dövlət büdcəsinin talanmasına əsas verməməlidir. Reallıq ondan ibarətdir ki, tenderdə iştirak edən və qalib elan olunan istənilən təchizatçı yerli istehsal mal-materiallarından istifadə edir. Çünki bu, kommersiya baxımından təchizatçı üçün sərfəlidir. Bu tenderlərdə də büdcəyə qənat prinsipini əsas götürərək daha münasib qiymət təklifi ilə çıxış edən təchizatçılar olub. Məsələn, “SMTS” MMC “Ağdam şәhәri 4 nömrәli yaşayış massivi, 1-ci vә 2-ci mәhәllәlәr üzrә çoxfunksiyalı orta mәrtәbәli yaşayış binalarının tikinti işlәri üçün 36 586 240.32 manat, 5 və 6 məhəllələr üzrə 36 536 755.81manat, 7 və 8 məhəllələr üzrə 26 013 265.20 manat verdiyi qiymət təklifinə qarşı ardıcıl olaraq "Körpü-Bina-Tikinti" MMC 33442792.68 , 33336108.46 manat və “Azərtəchizattikinti" Açıq Səhmdar Cəmiyyəti 23799994.34 manat qiymət təklifi verib. Göründüyü kimi, 3 (üç) tender üzrə dövlət büdcəsindən əlavə 8 556 366 manat vəsaitin heç bir zərurət olmadan leqallaşdırılması təmin olunub. Hansı ki, bu vəsaitlə əlavə onlarla fərdi yaşayış mənzilləri tikilə bilərdi".
Materialda daha sonra qeyd olunur ki, Azərbaycanın tikinti sektorunda kifayət qədər təcrübəyə malik olan "Körpü-Bina-Tikinti" MMC kimi təşkilatların hüquqlarının hansısa məmurun şəxsi maraqları naminə pozulması qəbuledilməzdir:
"Bu gizli sövdələşmələrin olması üçün şübhələrə yol açır. Eyni zamanda tenderdə iştirak edən 26 təchizatçının hüquqlarının kobud surətdə pozulması və növbəti tenderlərin şəffaf keçiriləcəyinə inamsızlıq yaradır.
Hər birimizdə bu ərazilərdə görüləcək işlərin ən azı şəhidlərimizin ruhu naminə şəffaflığın maksimum təmin olunacağı inamı yaranmışdı. Çünki bu, milli, mənəvi və eyni zamanda separatçı ünsürlər üçün bir psixolojı məsələ idi. Təəssüflər olsun ki, satınalınma təşkilatlarının bəzi korrupsioner ünsürləri büdcəyə qənaət yox, sözün əsl mənasında qənim prinsipləri ilə çalışırlar. Şəxsi mənafe düşkünləri “Dövlət Satınalmaları haqqında” Qanunun 33.13 maddəsindən dövlət büdcəsindən əlavə vəsaitlərin alınması üçün süni şəkildə istifadə edərək həm öz kapitallarını artırır, həm də oğurladıqları vəsaiti qanuniləşdirirlər. Bunun adı dövlət vəsaitini açıq talamaqdır. Cəmiyyətdə adı korrupsioner məmur kimi hallanan ünsürlərin işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərində məsul vəzifələri daşımaları şəffaf rəqabətin yaranmasındə böyük şübhələrə yol açır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 maddələrinə əsasən, təkrar törədilməklə külli miqdarda mənimsəmə və israf etmə, eyni zamanda, 308-2 ci maddəyə əsasən, “Dövlət satınalmaları haqqında” qanunvericiliyin pozulması hallarına əsaslı şübhələr var. Bütün sadalananlar 2024-2025-ci il aralığında keçirilən adı çəkilən tenderlərin araşdırılmasına və hüquqi qiymət verilməsinə kifayət qədər əsas verir. Eyni zamanda, güzəşt tətbiqi prosesi hüquqi əsaslarla yoxlanmalı və hər bir təchizatçının təklif qiymətləri araşdırılmalıdır.
Əlavə olaraq qeyd etmək istəyirik ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarə etmə Publik Hüquqi Şəxsin İcraçı direktoru Leysan Məmmədovdur. Bu həmin Leysan Məmmədovdur ki, 2009-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətində direktor müavini vəzifəsində işlədiyi dövr ərzində Hesablama Palatasının araşdırmaları zamanı külli miqdarda korrupsiya hallarına yol verdiyi məlum olub. Hesablama Palatası Gənclər və İdman Nazirliyinin rəhbərliyinə törədilmiş hüquqpozmalara görə müvafiq olaraq cinayət və inzibati məsuliyyətin müəyyən edilməsini tövsiyə etsə də, nazirlikdən hüquq-mühafizə orqanlarına hər hansı müraciətin göndərilməməsi də şübhə doğurur. Görünür, Leysan Məmmədov korrupsiya “təcrübəsini” yeni iş yerində də tətbiq etməkdədir".

