Icma.az
close
up
RU
“Lider dəyişikliyi baş versə də mürəkkəb məsələlər açıq qalacaq”

“Lider dəyişikliyi baş versə də mürəkkəb məsələlər açıq qalacaq”

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Svetlana Jurova qeyd edib ki, Ukraynada keçiriləcək prezident seçkiləri Moskva və Kiyev arasında danışıqların bərpası üçün mühüm addımdır: “Bunlar Ukraynada təkrar seçkilərdir. Bir seçim kimi. Çünki düzünü desək, ümumiyyətlə, başqa bir variantın olub-olmayacağı bəlli deyil. Ehtimallardan biri budur ki, Zelenski vəzifəsindən istefa verəcək. Rusiya ordusunun uğurları da Ukraynanı danışıqlara başlamağa sövq edə bilər”.

Məsələ ilə xalqcebhesi.az-a açıqlama verən politoloq Yusif Bağırzadə qeyd edib ki, rusiyalı deputatın səsləndirdiyi fikirlər Moskvanın siyasi mövqeyini ifadə edir və onları Ukraynada baş verə biləcək proseslərin qəti proqnozu kimi qiymətləndirmək düzgün olmazdı: “Məlumdur ki, Rusiya uzun müddətdir ki, Ukrayna rəhbərliyinin legitimliyi məsələsini gündəmə gətirir və bunu mümkün danışıqlar prosesində siyasi arqument kimi istifadə etməyə çalışır. Buna görə də Zelenskinin istefası ilə bağlı səsləndirilən fikirlər daha çox Kremlin formalaşdırmağa çalışdığı siyasi gündəmin tərkib hissəsi kimi görünür. Prosesə hətta nəzəri baxımdan yanaşsaq belə prezident dəyişikliyinin hansısa diplomatik imkanlar yarada biləcəyini demək çətindir. Mən düşünmürəm ki, Ukraynada hər hansı yeni hakimiyyət danışıqlara fərqli yanaşma nümayiş etdirsin və Ukraynanın ərazi bütövlüyünün əleyhinə hansısa kompramislərə getsin. Digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, Ukrayna nümunəsində məsələ yalnız bir şəxslə məhdudlaşmır. Son illərdə Ukraynada Rusiya ilə münasibətlərə dair formalaşmış siyasi konsensus kifayət qədər genişdir və ölkənin əsas dövlət institutları, parlamenti, təhlükəsizlik strukturları və cəmiyyətin böyük hissəsi və hətta Zelenskinin müxalifəti belə Rusiyanın irəli sürdüyü şərtlərə ehtiyatla yanaşır. Bu səbəbdən təkcə prezidentin dəyişməsi avtomatik olaraq danışıqların başlanacağı və ya sülh sazişinin yaxınlaşacağı anlamına gəlməməlidir”.

Y.Bağırzadə əlavə edib ki, əksinə, Ukraynada keçiriləcək istənilən seçkinin nəticəsi ilk növbədə müharibənin gedişindən, təhlükəsizlik vəziyyətindən və ictimai rəyin hansı istiqamətdə dəyişəcəyindən asılı olacaq: “Əgər yeni seçilən lider də ölkənin ərazi bütövlüyü və suverenliyi ilə bağlı indiki mövqeyi davam etdirsə, Moskva ilə danışıqlarda əsas fikir ayrılıqları yenə də qalacaq. Çünki tərəflər arasında mübahisə liderlər arasında fikir ayrılığı deyil. Problemin əsasında işğal olunmuş ərazilərin statusu, təhlükəsizlik təminatları, NATO perspektivi və müharibənin hüquqi nəticələri kimi fundamental məsələlər dayanır. Rusiyanın hərbi uğurlarının Ukraynanı danışıqlara məcbur edə biləcəyi barədə iddialar da siyasi xarakter daşıyır. Belə ki, hərbi vəziyyət diplomatik proseslərə təsir etsə də, təkbaşına sülh üçün kifayət etmir. Danışıqların başlanması üçün hər iki tərəfin müəyyən kompromisə hazır olması, beynəlxalq vasitəçilərin fəallığı və təhlükəsizlik zəmanətlərinə dair qarşılıqlı qəbul edilə bilən mexanizmlərin formalaşması vacibdir. Hazırda isə bu məsələlər üzrə tərəflərin mövqeləri arasında ciddi fərqlər qalmaqdadır”.

Politoloq eləcə də söyləyib ki, Qərb dövlətlərinin Ukraynaya siyasi, maliyyə və hərbi dəstəyi də proseslərin istiqamətinə təsir edən əsas amillərdəndir: “Kiyev yalnız daxili siyasi dəyişiklikləri deyil, həm də beynəlxalq tərəfdaşlarının mövqeyini nəzərə almağa məcburdur. Eyni zamanda, Rusiya da danışıqlarda əldə etmək istədiyi strateji hədəflərdən tam imtina etdiyini nümayiş etdirmir. Bu isə lider dəyişikliyi baş versə belə, mürəkkəb məsələlərin açıq qalacağını göstərir”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 İyul 2026 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri