Icma.az
close
up
RU
Liderlərin bəyanatları sessiyası WUF lar tarixində ilk dəfə Bakıda keçirildi...

Liderlərin bəyanatları sessiyası WUF lar tarixində ilk dəfə Bakıda keçirildi...

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Vasif Həsənli: "Bütün bunlar isə Azərbaycanın beynəlxalq idarəetmədə qlobal moderator rolunu daha da gücləndirir"
Azərbaycan COP29-da da (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı), Qoşulma Hərəkətında da olduğu kimi WUF13-də də yeniliyə imza atdı. WUF13 göstərdi ki, Azərbaycan belə tədbirlərin təşkili işini daha da təkminləşdirib.
 

WUF13-ün tarixində ilk dəfə olaraq 27 dövlət və hökumət başçısının iştirakı ilə Liderlərin Bəyanatları Sessiyası keçirildi. Yəni 176 ölkədən 57000-dən çox iştirakçısının qatıldığı WUF13 (Ümumdünya Şəhərsalma Forumu) dünyada ilklərlə də yadda qaldı.


Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ümumdünya Şəhərsalma Forumu tarixində ilk dəfə olaraq WUF13 çərçivəsində Liderlərin Bəyanatları Sessiyası keçirildi. Ekspertlər vurğulayır ki, Liderlər Sammiti WUF13-ün ən əlamətdar məqamlarından birinə çevrildi.
Bizim.Media xəbər verir ki, mayın 18-də təşkil edilmiş bu Seqmentdə 27 dövlət və hökumət başçısı, yüksək səviyyəli qonaq və beynəlxalq təşkilatların rəhbərləri iştirak etdi. Liderlər çıxışlarında Azərbaycana yüksək qonaqpərvərliyə, səmərəli beynəlxalq dialoq üçün yaradılmış şəraitə və WUF13-ün uğurlu təşkilinə görə minnətdarlıq ifadə etdi.
Liderlərin Bəyanatları Sessiyasının təşkili Azərbaycanın strateji dialoq, beynəlxalq əməkdaşlıq və qlobal təşəbbüslərin təşviqi üçün mühüm beynəlxalq platforma kimi artan rolunu bir daha nümayiş etdirdi, WUF13-ün siyasi əhəmiyyətini daha da artırdı.
 

Liderlərin Bəyanatları Sessiyası Azərbaycanın strateji əhəmiyyətli məsələlər ətrafında beynəlxalq ictimaiyyəti bir araya gətirmək və yeni dialoq platformaları formalaşdırmaq qabiliyyətinin göstəricisidir.


WUF13 çərçivəsində mayın 17-də Azərbaycanın sədrliyi ilə keçirilmiş Nazirlər görüşündə 70-dək ölkəni təmsil edən nazir və nazir müavini iştirak etdi. Görüşün sonunda qəbul edilmiş "Sədrin xülasəsi" sənədində aşağıdakı vacib məqamlar yer aldı.
Burada Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən liderliyi vurğulandı, 176 ölkədən 57000-dən çox iştirakçısı olan WUF13-ün Ümumdünya Şəhərsalma Forumunun ən böyük sessiyası olduğu qeyd edildi, Azərbaycan Hökumətinə və xalqına qonaqpərvərliyə və WUF13-ün uğurlu təşkilinə görə minnətdarlıq ifadə edildi, WUF13-ün hazırlıqlarında təqdim olunan innovativ yanaşmalar, o cümlədən ilk Liderlərin Bəyanatları Sessiyası və Azərbaycan ilə UN-Habitatın Ümumdünya Şəhərsalma Forumunun növbəti sessiyaların təşkili üçün əməliyyat təlimatlarına dair əməkdaşlıq niyyəti alqışlandı, Azərbaycanın postmünaqişə dövründə bərpa və yenidənqurma sahəsində gördüyü işlər yüksək qiymətləndirildi, onun oxşar şəraitlər üçün faydalı ola biləcəyi vurğulandı, bu istiqamətdə aparılan fəaliyyətlə bağlı Azərbaycanla həmrəylik ifadə edildi, milli şəhərsalma forumları qabaqcıl təcrübələrin mübadiləsi və tərəfdaşlıqların möhkəmləndirilməsi üçün vacib platforma kimi qiymətləndirildi ki, bu da Azərbaycanın milli şəhərsalma forumlarının keçirilməsi təşəbbüsünün nə qədər aktual və əhəmiyyətli olduğunu bir daha göstərir.
Nazirlər görüşünün "Sədrin xülasəsi" sənədi Forumun yekun sənədi olan "Bakı Fəaliyyətə Çağırış" sənədinə və BMT-nin "Yeni Şəhər Gündəliyi"nin icrası ilə bağlı aralıq icmal prosesinə töhfə verəcəkdir.
"Demokrat.az" xəbər portalının rəhbəri, "Ekoloji Dayanıqlılıq və Təbiətin Qorunması" İctimai Birliyinin sədri Vasif Həsənli baki-xeber.com-a bildirdi ki, Azərbaycanın COP29-da nümayiş etdirdiyi qlobal liderlik təcrübəsi mayın 22-də Bakıda uğurla başa çatan BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində növbəti dəfə tarixi ilklərlə yadda qaldı:
"Qeyd edildiyi kimi, Forumun tarixində ilk dəfə məhz Bakıda Liderlər Sammitinin təşkil edilməsi Azərbaycan üçün həm diplomatik, həm də praktiki cəhətdən çox böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu tarixi hadisənin əhəmiyyətini zaman keçdikcə daha çox dərk edəcəyik.
Çünki Azərbaycanın təşəbbüsü ilə 27 dövlət və hökumət başçısının iştirak etdiyi bu sessiya sayəsində dayanıqlı şəhərsalma, yaşıl keçid və qlobal məskunlaşma problemləri birbaşa dövlət rəhbərlərinin siyasi gündəliyinə daxil edildi.
Eyniz amanda Azərbaycan öz təşəbbüsləri ilə qlobal problemlərin bir-biri ilə necə sıx bağlı olduğunu dünyanın diqqət mərkəzinə gətirdi".
V.Həsənli qeyd etdi ki, Bakı Liderlər Sammiti COP29-da qəbul olunan iqlim öhdəliklərinin real şəhərlərdə necə tətbiq olunacağını ən ali səviyyədə sintez edirdi:
"Bütün bunlar isə Azərbaycanın beynəlxalq idarəetmədə qlobal moderator rolunu daha da gücləndirir". (Mənbə: “Baki-xeber.com”)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 May 2026 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri