Icma.az
close
up
RU
“WUF13 NGO Forum”u keçirildi WUF tarixində ilk

“WUF13 NGO Forum”u keçirildi WUF tarixində ilk

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2026-cı il mayın 19-da Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı və 116 ölkədən QHT-ləri birləşdirən “Global South NGO Platform”un (GSNP) tərəfdaşlığı ilə WUF tarixində ilk dəfə “WUF13 NGO Forum”u keçirilib.

Lent.az xəbər verir ki, “WUF13 NGO Forum”un açılış mərasimində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bəyan edib ki, bu Forum WUF üçün tarixi hadisədir. O, vətəndaş cəmiyyətinin şəhərsalma məsələlərində, qərar qəbulu prosesində mühüm önəmini qeyd edib.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında əməkdaşlığı təşviq etmək, effektiv dialoqu inkişaf etdirmək üçün vacib platformaya çevrildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, vətəndaş cəmiyyəti Qlobal Cənub və Qlobal Şimal arasında etimad quruculuğu işinə əlavə impuls verir.

Hikmət Hacıyev buna parlaq misal kimi Bakıda bir neçə gün öncə GSNP-nin Baş Assambleyasının keçirildiyini xatırladıb. Azərbaycan Prezidentinin köməkçisi Qarabağ və Şərqi Zəngəzurda mina ilə çirklənmiş, urbisid törədilmiş ərazilərdə yeni şəhərlər salındığını, həyatın yenidən dirçəldiyini vurğulayıb, Azərbaycanın öz təcrübəsini xarici tərəfdaşlarla bölüşməyə hazır olduğunu qeyd edib.

“UN-Habitat”ın sabiq icraçı direktoru Maimunah Mohd Sharif şəhərlərin gələcəyinin yalnız hökumətlər tərəfindən deyil, yerli icmalar və vətəndaş cəmiyyətinin iştirakı ilə formalaşdırılmalı olduğunu bildirib. O, QHT-lərə müraciət edərək “qlobal düşün, lokal fəaliyyət göstər və lokal tətbiq et” prinsipinin əhəmiyyətini vurğulayıb. Maimunah Mohd Sharif Azərbaycanda yüzlərlə yerli və xarici QHT-lərin bir araya gələrək şəhərsalma mövzularına maraq göstərməsini yüksək qiymətləndirib.

BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (The United Nations Office for South-South Cooperation (UNOSSC) direktoru Dima Al-Khatib “Global South NGO Platform”u fantastik layihə adlandırıb və bu platformanın Bakıda təsis olunmasına görə Azərbaycanı təbrik edib. O, GSNP-in tərəfdaşlığı ilə keçirilən bu forumda mühüm mövzuların müzakirə edildiyini bildirib. Dima Al-Khatib qeyd edib ki, dünya əhalisinin artıq yarıdan çoxu şəhərlərdə yaşayır və 2050-ci ilə qədər bu rəqəm 70%-ə çatacaq. Onun sözlərinə görə, Qlobal Cənubda şəhərlər iqlim dəyişmələri, su böhranı, miqrasiya, mənzil çatışmazlığı və infrastruktur boşluqları ilə əlaqədar təzyiqlərlə getdikcə daha çox üzləşirlər.

WUF13 Təşkilat Komitəsinin üzvü, Azərbaycanın QHT Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva bildirib ki, təmsil etdiyi qurum yerli və xarici QHT-lər arasında sağlam münasibətlərin formalaşmasına, o cümlədən şəhərsalma istiqaməti üzrə əlaqələrin inkişafına bundan sonra da töhfə verəcək.

“UN-Habitat”ın İdarə Heyətinin sabiq katibi Christian Mensah GSNP-ni WUF13-də yerli və xarici QHT-lər üçün vətəndaş cəmiyyəti habı yaratması münasibətilə təbrik edib. O bildirib ki, hazırkı mürəkkəb beynəlxalq şəraitdə “Bandunq prinsipləri” yenidən aktuallıq qazanır və bu tədbir həmin prinsiplərin əməkdaşlıq və çoxtərəfli tərəfdaşlıq müstəvisində tətbiqinin real təzahürüdür.

GSNP Baş katibinin Latın Amerikası regionu üzrə müavini, Ekvadorun sabiq xarici işlər naziri Luis Gallegos vurğulayıb ki, qlobal tərəfdaşlıq yalnız dövlətlərlə məhdudlaşmır, beynəlxalq təşkilatlar, özəl sektor, QHT-lər, yerli icmalar, akademik dairələr və digər maraqlı tərəflər də bu prosesdə iştirak etməlidir.

Açılış mərasimindən sonra “Davamlı və inklüziv şəhər inkişafı” mövzusunda panel müzakirəsi aparılıb. Azərbaycan parlamentinin üzvü Nigar Arpadarainin moderatorluğu ilə keçirilən paneldə Keniyanın “TUBAE” və “CgoK” təşkilatlarının nümayəndəsi Eliud Emeri, Omanın “Gələcək Şəhərlərin Qadınları” təşkilatının sədri, futuroloq və ağıllı şəhərlər üzrə ekpert Laila Al Hadhrami, Mərkəzi Afrika Respublikasının “PEP Africa”nın (Pan-African Empowerment Platform) sədri Melvine Wajiri Lynwe, GSNP Baş katibi Fuad Kərimli, BMT-nin Könüllülər Proqramının Avropa və Mərkəzi Asiya üzrə regional koordinatoru Zarina Mirabdullayeva spikerlər qismində çıxışlar edib. Müzakirələrdə WUF13-də təmsil olunan yerli və xarici QHT-lərin GSNP-nin Urban qanadını formalaşdırması təklif olunub.

“WUF13 NGO Forum”da 800-ə yaxın xarici və yerli QHT təmsilçiləri iştirak edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 May 2026 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see286

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see275

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see253

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see249

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see241

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see236

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see235

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see223

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see211

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see210

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see210

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see207

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see202

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see186

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see165

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri