Icma.az
close
up
RU
Liderlərin görüşü olmadan atəşkəsə nail olmaq mümkün olmayacaq Zelenski

Liderlərin görüşü olmadan atəşkəsə nail olmaq mümkün olmayacaq Zelenski

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün atəşkəs liderlərin danışıqları olmadan mümkün olmaya bilər.
Turkustan.az xəbər verir ki, Litvanın paytaxtı Vilnüsdə Şimali Avropa ölkələri və Ukraynadan olan nümayəndələrin iştirakı ilə keçirilən Buxarest Nine (B9) Zirvə toplantısına qatılan Zelenski, İstanbulda müharibəyə son qoymaq üçün aparılan danışıqları dəyərləndirib.
Zoom vasitəsilə jurnalistlərin suallarını cavablandıran Zelenski, Türkiyədə Rusiya ilə Ukrayna arasında yeni məhbusların dəyişdirilməsi ilə bağlı aparılan danışıqlarda qərar verildiyini xatırladaraq: "Əsgərlərimiz dəyişdiriləcək. 1000-ə 1000 olacaq. Bundan əlavə, 200-ə 200 daha əlavə edilə bilər" deyib.
6 min əsgərin cəsədinin dəyişdirilməsi üçün qarşılıqlı razılığa gəldiklərini də ifadə edən Zelenski: "Tərəfimiz 6 min rus (əsgər) cəsədini Rusiya tərəfinə təhvil verməyə razılaşdı, lakin bu məsələnin çox diqqətlə araşdırılması lazımdır" deyib.
Zelenski prezident Rəcəb Tayyib Ərdoğan, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.
Telefon danışığı zamanı prezident Ərdoğana belə bir görüş keçirməyə hazır olduğunu çatdırdığını bildirən Zelenski: "Mən (Prezident Ərdoğana) liderlər səviyyəsində görüşü dəstəklədiyimi söylədim. Çünki məndə belə bir təəssürat var ki, görüşümüz olmadan atəşkəs olmayacaq" deyib.
Rusların Ukraynaya cəbhədə ölən əsgərlərin cəsədlərini almaq üçün 2 və ya 3 günlük atəşkəs təklif etməsinin məntiqli olmadığını müdafiə edən Zelenski, atəşkəsin əslində insanların öldürülməsinin qarşısını almaq üçün bir həll olduğunu söylədi.
Rusiyanın Ukrayna nümayəndə heyətinə atəşkəsi təmin etmək üçün göndərdiyi memorandumdan danışan Zelenski bildirib ki, sənədi hələ tam oxumayıb.
Rusların hazırladığı memorandumla bağlı bəzi məlumatlar əldə etdiyini bildirən prezident sözügedən sənədin “Rusiyanın ultimatumuna” bənzədiyini bildirib.
O, həmçinin Litvada təmasları çərçivəsində NATO-nun baş katibi Mark Rutte ilə görüşdüyünü və Ukraynanın NATO-nun Haaqa sammitinə dəvət edildiyini açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 İyun 2025 23:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri