Icma.az
close
up
RU
Putin Zelenski ilə görüşməz: Liderlərin İstanbulda görüşü praktiki olaraq mümkün deyil

Putin Zelenski ilə görüşməz: Liderlərin İstanbulda görüşü praktiki olaraq mümkün deyil

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

“Bu danışıqlar Türkiyəyə də prestij üçün lazımdır. Nəticə olmayacağını, əslində, Ankara da başa düşür"



İstanbulda aparılan danışıqlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə ABŞ Prezidenti Donald Tramp, Rusiya rəhbəri Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski arasında görüşlə yekunlaşa bilər. Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan ukraynalı həmkarı Andrey Sibiqa ilə birgə mətbuat konfransı zamanı bildirib. O qeyd edib ki, Türkiyə İstanbul danışıqlarını yeni başlanğıc kimi qiymətləndirir: “Biz sübut etdik ki, danışıqlar real nəticələr verə bilər. İstanbulda qazanılan sürətin davam etməsini istəyirik. Biz Ukraynanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini tam dəstəkləyirik”. Ukrayna XİN rəhbəri də Zelenski-Putin görüşünün mümkünlüyünə münasibət bildirib. Andrey Sibiqa deyib ki, Ukrayna və Rusiya prezidentlərinin gələcəkdə keçiriləcək görüşündə Ağ Evin rəhbəri Donald Trampın mümkün iştirakını alqışlayacaqlar. O qeyd edib ki, nümayəndə heyətlərinin sonuncu İstanbul görüşündə əldə olunan üç razılaşmadan biri məhz dövlət başçılarının görüşünə hazırlıqla bağlı olub: “Əlbəttə ki, biz bu görüşün daha geniş formatda, ABŞ Prezidenti Donald Trampın da iştirakı ilə keçirilməsini alqışlayacağıq”. Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Ukrayna iyunun 2-də İstanbulda Rusiya ilə danışıqlarda iştirak etməyə hazırdır. Eyni zamanda, o qeyd edib ki, Ukrayna Rusiya tərəfinin görüş başlamazdan əvvəl memorandum layihəsini təhvil verməsini israr edir: “Ukrayna növbəti görüşə hazırdır, amma biz konstruktiv müzakirə aparmaq istəyirik. Bu o deməkdir ki, Rusiyanın layihəsini əldə etmək vacibdir. Vaxt kifayət qədərdir - sənədlərin hazırlanması və göndərilməsi üçün dörd gün kifayətdir”. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzrə yüksək səviyyəli danışıqlara hazırdır. Onun sözlərinə görə, Putin Zelenski ilə görüşə hazırdır, lakin əvvəlcə nümayəndə heyətləri arasında birbaşa danışıqlarda nəticələr əldə edilməlidir. Peskov qeyd edib ki, Putin Zelenski və Trampla şəxsi görüşün mümkünlüyünü prinsipcə dəstəkləyir: "Bu cür təmaslara tələb var, lakin yaxşı hazırlıq lazımdır". Ekspertlərin fikrincə, növbəti görüşdə əsas hədəf nəhayət ki, qısamüddətli də olsa atəşkəsə nail olmaqdır. Çünki bu dəfə də razılıq əldə olunmasa, bu həm yay aylarında müharibənin şiddətlənməsi, həm də Türkiyənin vasitəçiliyinin bir müddət dayandırılması demək olacaq. Bu səbəbdən Hakan Fidan həm Moskvada, həm də Kiyevdə detallı görüşlər və müzakirələr həyata keçirib, atəşkəsin əldə olunması üçün tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışıb. Ankaranın bir başqa hədəfi yaxın müddətdə 4 ölkənin (Türkiyə, Rusiya, Ukrayna və ABŞ) liderini İstanbulda bir araya gətirməkdir.


Politoloq Azər Qasımov isə Sherg.az-a açıqlamasında deyib ki, tərəflərin danışıqlara hazır olması və bundan imtina etməmələri görüntü yaratmaqdan başqa bir şey deyil. Ekspertin qənaətincə, hər iki tərəf yaxşı bilir ki, həvəssiz görüşlərin nəticəsi olmayacaq: 

seeBaxış sayı:57
embedMənbə:https://sherg.az
archiveBu xəbər 31 May 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri