Icma.az
close
up
RU
Liderlərin qəribə vərdişləri Tualetə getməyi kütləvi izlənilirdi

Liderlərin qəribə vərdişləri Tualetə getməyi kütləvi izlənilirdi

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünyada bəzi tarixi liderlərin qeyri-adi vərdişləri olub.

AzPost həmin tarixi liderlər haqqında məlumatları təqdim edir.

Napoleon Bonapart – O, çox sürətlə yazdığı üçün məktubları tez-tez anlaşılmaz olurdu. Bəzi hallarda məktublarını tam oxunaqlı olmadan göndərirdi. Həmçinin, Napoleon iş vaxtı çox az yatmağı üstün tuturdu. Gün ərzində cəmi 4 saat yatırdı. O, uzun müddət vannada qalır və bu zamanda belə dövlət işləri ilə məşğul olurdu. Vacib məsələlərə məhz vanna otağında qərar verirdi.

Çingiz Xan – Döyüşlərdən əvvəl xüsusi bir meditasiya texnikasından istifadə edirdi. Bu, onun özünü sakitləşdirmək və diqqətini cəmləmək üçün etdiyi ayinlərdən biri idi. Çingiz Xan qadınların hüquqlarını qorumaq üçün xüsusi olaraq qanun tətbiq etmişdi. O, qadınların iradəsinə zidd hərəkət edənləri ağır şəkildə cəzalandırırdı. Təcavüzkarlığı dayandırmaq üçün sərt qaydalar qoymuşdu. Amma özü çoxsaylı evliliklərə və hərəm qurmağa üstünlük verirdi.

Adolf Hitler – Tarixdə nadir hallarda rast gəlinən bir lider kimi, vegetarian pəhrizi saxlayırdı. Hitler öz çıxışlarını saatlarla aynanın qarşısında məşq edirdi. O, hər bir jestini və danışığını təkrar edir, bunu kütləyə maksimum şəkildə təsir etmək üçün mükəmməlləşdirməyə çalışırdı. Hitler fiziki olaraq özünü idarə etmək üçün müxtəlif dərmanlardan istifadə edirdi. Hitlerin şəxsi həkimi hər gün ona dərmanlar, vitaminlər və narkotik maddələr verirdi. Hitler özünü hər zaman lider kimi göstərmək üçün xüsusi olaraq dizayn edilmiş uniforma istifadə edirdi.

İosef Stalin – Stalin gecələr işləməyi daha çox sevirdi. O, əksər işlərini gecə yarısı edərdi, bu da onunla işləyənləri gecə yuxusuz qoyurdu. Stalin həddindən artıq siqaret çəkirdi. Onu hər hansı məclisdə siqaret çəkdiyini görmək adi hala çevrilmişdi. Eyni zamanda Stalin yumor hissinə malik idi. Amma onun bəzən bu zarafatları ətrafındakıları narahat edirdi. Çünki Stalinin çox vaxt zarafatları iynəli şəkildə olurdu. Onun qarşısındakı şəxslər nə deyəcəyini düşünərkən ehtiyatlı davranmalı idilər, çünki onun bu zarafatları bəzən təhlükəli sonluqla bitə bilərdi.

Sultan Süleyman Qanuni – Osmanlı imperiyasının ən güclü hökmdarlarından biri olmasına baxmayaraq, Suleyman böyük şair idi. “Muhibbi” təxəllüsü ilə şeir yazırdı. Həmçinin əsərlərində daha çox sevgi, insanın daxili mübarizəsi və dövlətçilik haqqında bəhs edirdi. Süleymanın bu incə tərəfi müharibə meydanındakı sərt obrazına zidd idi. Süleyman zərgərlik sənətinə marağı ilə tanınırdı. O, qızıl və qiymətli daşlarla işləməyi sevir, hətta bəzi zinət əşyalarını özü düzəldirdi.

Fransız Kralı XIV Lüdovik – Lüdovikin hər səhər oyanışı möhtəşəm bir mərasimlə qeyd olunurdu. Hər kəs kralın paltarı geyinməsini və tualet hazırlıqlarını izləmək üçün növbəyə dayanırdı. O, saçına böyük diqqət yetirirdi. Saçlarının seyrək olmasına görə dəbdəbəli “pariklər” taxırdı. Lüdovik çox dinar biri idi. Hər səhər ibadət edirdi. O, özünü Tanrının yer üzündəki nümayəndəsi olaraq düşünürdü. /Teleqraf.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azpost.info
archiveBu xəbər 02 Yanvar 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri