Liderlərin Vaşinqtonda görüşü müsbət qiymətləndirməyə layiqdir”
Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya Cənubi Qafqazda sabitlik və firavanlıq zonasının formalaşmasında maraqlıdır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, ən vacib şərtlərdən biri Azərbaycan və Ermənistan arasında münasibətlərin hər iki ölkə xalqlarının maraqlarının nəzərə alınmasına əsaslanan hərtərəfli normallaşmasıdır.
“Regional təhlükəsizlik üçün bu əsas məqsədə çatmağa kömək edən bütün səyləri ardıcıl olaraq dəstəkləyirik. Bununla əlaqədar Cənubi Qafqaz respublikalarının liderlərinin Vaşinqtonda Amerika tərəfinin vasitəçiliyi ilə görüşü müsbət qiymətləndirməyə layiqdir”, – Rusiya XİN-in rəsmi nümayəndəsi qeyd edib.
Paylaş
Bu mövzuda digər xəbərlər:Vaşinqtonda liderlərin imzalayacağı sənədlər SİYAHI
07 Avqust 2025 18:29
Liderlərin təkbətək görüşü başladı
24 Fevral 2025 10:51
Liderlərin Ağ Ev görüşü yekunlaşıb
19 Avqust 2025 03:11
Liderlərin görüşü: “Sülh müqaviləsinin imzalanmasına...”
10 İyul 2025 18:15
Liderlərin üçtərəfli görüşü oldu FOTO
08 Noyabr 2025 18:19
Baxış sayı:66
Bu xəbər 09 Avqust 2025 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















