Icma.az
close
up
RU
Vaşinqtonda liderlərin imzalayacağı sənədlər SİYAHI

Vaşinqtonda liderlərin imzalayacağı sənədlər SİYAHI

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vaşinqtonda yaşayan jurnalist Aleks Raufoğlu ABŞ hökumətindəki mənbələrə istinadən “X” sosial şəbəkə platformasında ABÇ-də keçiriləcək görüşdə tərəflər arasında hazırlanan sənədlərin siyahısını paylaşıb. 

“Cebheinfo.az” xəbər verir ki, ABŞ-dəki görüşdə bunlar gözlənilir:

- Birgə Bəyanatın imzalanması; 

- Sülh sazişinin paraflanması (yəni ilkin təsdiqi); - ATƏT-in Minsk Qrupundan çıxışla bağlı birgə məktubun imzalanması; 

- ABŞ-Ermənistan və ABŞ-Azərbaycan arasında ikitərəfli memorandumların qəbul edilməsi. Bundan başqa, Raufoğlunun sözlərinə görə, dəhliz məsələsi artıq müzakirə olunmur. Əsas diqqət “Beynəlxalq Sülh və Rifah üçün Trampın marşrutu” adlı təşəbbüsə yönəlib. Söhbət Azərbaycanın Naxçıvana maneəsiz kommersiya çıxışını təmin etməli olan yeni tranzit və inkişaf planından gedir. Layihə bütün “Orta Dəhliz”in transformasiyası mexanizmi kimi qoyulub.

Beləliklə, məlum olur ki, Ağ Evdə Azərbaycan və Ermənistan arasında indiyə qədər mübahisəli qalan bir sıra məsələlər üzrə razılaşma imzalanacaq. Tərəflər ilk növbədə, sülh prosesinə sadiq olduqlarını və yekun sülh müqaviləsinin imzalanması istiqamətində danışıqları davam etdirəcəklərinə dair birgə bəyanat imzalayacaqlar. Bundan başqa, sülh sazişinin razılaşdırlmış mətni paraflanacaq. Bununla da çərçivə sülh müqaviləsinin prinsipləri müəyyənləşəcək. Azərbaycan və Ermənistan münaqişənin başa çatdığını və ilkin sülh razılaşmasını qəbul etdiklərini nəzərə alaraq, ATƏT-in Minsk Qrupundan çıxdıqlarını bəyan edəcəklər. Beləliklə, Azərbaycan və Ermənistan arasında mübahisəlki qalan daha bir məsələ öz həllini tapmış olacaq.

Tərəflər Minsk Qrupunun fəaliyyətinin dayandırılması üçün çox güman ki, ATƏT-ə və Minsk Qrupuna üzv ölkələrə müraciət edə bilərlər. Zərgəzurdan keçən nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasına dair üçtərəfli və ikitərəfli sənədlər imzalanacaq. Ermənistan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və təhlükəsiz keçidin təmin olunmasına razılıq verəcək. Lakin bu marşrut Zəngəzur dəhlizi deyil, “Beynəlxalq Sülh və Rifah üçün Trampın marşrutu” və ya “Tramp körpüsü” adlana bilər. Nəqliyyyat-tranzit əlaqəsini nəzərdə tutan dəmir yolu və avtomobil yolu razılaş.dırılmış müddət ərzində ABŞ-nin logistika şirkətinin menecmentinə verilə bilər. ABŞ bununla “Orta dəhliz”in Azərbaycan və Ermənistan üzərində keçəcək marşrutuna, o cümlədən Zəngəzur hissəsinə dəstəyini verəcək. 

Müşfiq Abdulla
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Avqust 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see387

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see361

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see348

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see326

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see314

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see285

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see280

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see274

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see269

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see245

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see245

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see243

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see239

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see237

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see233

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see230

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see222

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see214

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see194

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri