“Limitin ləğvi Premyer Liqada azərbaycanlıların sayını azaldacaq”
futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Qaradağ Lökbatan” I Liqada 15 turdan sonra 12 xalla 9-cu sıradadır.
Komandanın futbolçusu Bahadur Həziyev “Futbolpress.az“a açıqlamasında nəticələri dəyərləndirdi:
“Heyətimiz gənclərdən ibarətdir. Düzdür, təcrübəli oyunçularımız da var və bir olub, yaxşı nəticələr qazanmaq istəyirik. Məşqçimiz də istəklidir. Lakin komandada diqqət problemi var sanki. Konsentrasiya tez itir. Buna görə matçlarda xal itkiləri ilə üzləşirik. I Liqada hansısa komanda digərindən 2-3 baş güclü deyil. Hər komanda ilə mübarizə aparmaq olur”.
Vaxtilə Premyer Liqada “Səbail”, “Şamaxı”da forma geyinmiş Həziyev elitada komanda sayının artırılmasına və legioner limitinin ləğvinə toxundu:
“Fikirləşirəm ki, I Liqadan qalxacaq üç komandadan biri “Qəbələ”dir. Digər komandaları isə AFFA seçəcək. Limitin ləğvi Premyer Liqada azərbaycanlıların sayını azaldacaq”.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 26 Fevral 2025 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















