Icma.az
close
up
RU
Vaqif Sadıqov: “Limitin ləğvi istər istəməz Premyer Liqanın səviyyəsini yüksəldəcək”

Vaqif Sadıqov: “Limitin ləğvi istər istəməz Premyer Liqanın səviyyəsini yüksəldəcək”

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

"Limitin ləğvi istər-istəməz Premyer Liqanın səviyyəsini yüksəldəcək".

İdman.biz xəbər verir ki, bunu “Report”a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov növbəti mövsümdən Misli Premyer Liqasında legioner limitinin ləğvinə münasibət bildirərkən deyib.

Mütəxəssis bu qərarın qaçılmaz olduğunu vurğulayıb: “Həmişə vahid sistemin və işlək mexanizmin tərəfdarı olmuşam. Düzdür, riskli qərardır, müzakirə oluna bilər. Amma həmişə bildirmişəm ki, limitin ləğvi qaçılmaz addımdır, gec-tez olmalıdır. Bu, istər-istəməz Premyer Liqanın səviyyəsini də yüksəldəcək. Qərar qəbul olunubsa, müsbət tərəfləri var. Ən vacibi odur ki, bundan bəhrələnmək lazımdır. Klublar həm çempionatın, həm də yerli futbolçuların səviyyəsini artırmaq üçün bundan yararlanmalıdırlar. Yerli futbolçulardan istifadə edəcək klublara əlavə bonuslar veriləcək. Digər tərəfdən 12-dən artıq hər legionerə görə 100 min, 15-dən çox əcnəbi üçün isə 200 min manat rüsum ödənilməlidir. İnanmıram ki, klublar bu səbəbdən artıq legioner transfer etsinlər. Komandanın sifariş ərizəsinə 30 oyunçunun adının salındığını nəzərə alsaq, yerlilər üçün də şans olacaq və ciddi rəqabət yaranacaq. Üstün olanlar Azərbaycan futboluna fayda verəcəklər”.

Veteran futbolçu rüsuma görə klubların legioner seçiminə daha ciddi yanaşacaqlarını söyləyib: “Yerlilərin də inkişafı çox önəmlidir. Hazırda klublarımızın bəzilərində əcnəbi futbolçuların sayı 15-dən artıqdır. Yeni qaydalardan sonra inanmıram ki, hansısa klub təyin olunan rüsuma görə daha çox legioner transfer etsin. Limitin ləğvinin üstünlüklərindən biri də budur ki, legioner seçiminə daha ciddi yanaşılacaq. Komandalara fayda verə biləcək əcnəbilər transfer olunacaq. Kompleks şəkildə görülən işlər yerli futbolçuların da özlərini göstərməsinə şərait yaradacaq. Bütün bunların özünü nə dərəcədə doğruldub-doğrultmayacağını zaman göstərəcək”.

AFFA rəsmisi ölkədə legionerlərlə rəqabətə hazır yerli futbolçuların olduğunu deyib: “Vaxtilə Azərbaycan çempionatında belə bir hal yaşanmışdı. Düzdür, indi futbol inkişaf edib, həmçinin Premyer Liqanın səviyyəsi artıb. Daha artığına nail olmaq üçün addımlar atılır. Qərarlar qəbul olunub, klub daxilində yerlilərin də mənafeyini qorumaq vacibdir. Bu o demək deyil ki, hər dəfə elə ancaq legionerlər meydana çıxacaq. Heç kimdən zəif olmayan, rəqabətə hazır yerli futbolçular da var. Təki qərarlar gələcəkdə öz bəhrəsini versin”.

Qeyd edək ki, hazırda Premyer Liqada limit "7 legioner + 4 yerli futbolçu" şəklindədir. Fevralın 3-də keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında 2025/2026 mövsümündən etibarən legioner limitinin ləğvi ilə bağlı qərar çıxarılıb. Həmçinin əcnəbi futbolçuların sifarişi üçün rüsumlar tətbiq olunub.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 Fevral 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri