Icma.az
close
up
RU
Limon haqqında 5 az məlum olan fakt: nədən limon hər mətbəxdə olmalıdır?

Limon haqqında 5 az məlum olan fakt: nədən limon hər mətbəxdə olmalıdır?

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"İtalyanların 70 faizi limonu İtaliyanın rəmzi hesab edir, 90 faizdən çoxu ondan müntəzəm istifadə edir..."

Limon təkcə yay və təravət rəmzi deyil, həm də sağlamlığın əsl köməkçisidir.

Moderator.az xəbər verir ki, bu barədə "pravda.ru" nəşri yazıb.

Qeyd edilir ki, italyanlar bu sitrusu çox sevir: onların 70 faizi limonu İtaliyanın rəmzi hesab edir, 92,4 faizi isə onu müntəzəm olaraq alır. Tərkibində C vitamininin yüksək olması sayəsində limon sağlam qidalanmanın vacib elementi sayılır.

Limon şirəsi bazarının liderlərindən biri olan "Polenghi Food" şirkəti hər il 535 milyondan çox limon emal edir və məhsullarını 70 ölkəyə ixrac edir. Limon haqqında az bilinən beş maraqlı fakt aşağıdakılardır:

1. Limon şirəsi dəmirin mənimsənilməsinə kömək edir

Ətin, balığın və ya tərəvəzlərin üzərinə limon şirəsi əlavə etmək orqanizmin dəmiri daha yaxşı mənimsəməsinə şərait yaradır. Bu, xüsusilə dəmir çatışmazlığı anemiyası olan insanlar üçün önəmlidir. 

Limonun tərkibindəki C vitamini dəmiri orqanizm üçün daha əlçatan edir. Bundan əlavə, limon şirəsi böyrək daşı əmələ gəlməsinin qarşısını alır və güclü antioksidant təsiri ilə hüceyrələri oksidləşdirici stresdən qoruyur.

2. Limon marinadı zərərli maddələrdən qoruyur

Ət və ya balığı limon şirəsində marinad etmək təkcə dadını yaxşılaşdırmır, həm də onları qızartma zamanı əmələ gələn zərərli maddələrdən qoruyur. Limon turşusu bakteriyaların artmasının qarşısını alaraq yeməyi daha təhlükəsiz edir.

3. Limonlu su susuzluğu yatırır

Bir stəkan limonlu su susuzluğu aradan qaldırmağın əla üsuludur. Limon şirəsinin yüksək su tərkibi və turş dadı tüpürcək ifrazını artırır, bu da ağızda təravət hissi yaradır. Zəncəfil əlavə etdikdə isə içki qan şəkərini tənzimləməyə kömək edir.

4. Limon təbii konservantdır

Limon şirəsi qidaların təzəliyini qoruyur, bakteriya və kif göbələklərinin yayılmasını ləngidir. O, həmçinin cemləri daha qatı və parlaq edir, yumurta qabığını isə daha möhkəm edir.

5. İtaliya limon çeşidlərinin lideridir

İtaliya, xüsusilə də Siciliya dünyanın ən keyfiyyətli limonları ilə tanınır. Burada coğrafi göstərici ilə qorunan yeddi müxtəlif limon növü yetişdirilir.

Xatırladaq ki, anemiya qanda hemoqlobin və eritrositlərin azalması ilə müşayiət olunan, oksigen çatışmazlığına və hipoksiyaya səbəb olan patoloji sindromdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Mart 2025 01:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri