Lionel Messi və digər ulduz futbolçular Bakıya gəliblər Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Futbol əfsanəsi Lionel Messi və onun komanda yoldaşları Bakıya gəliblər.
Oxu.Az xəbər verir ki, onu Bakı hava limanında azərbaycanlı iş adamı Adnan Əhmədzadə qarşılayıb.
Məlumat üçün bildirək ki, bu gün Bakı Kristal Zalında keçiriləcək tədbir üçün Azərbaycana gələnlər sırasında dünyanın ən yaxşı futbolçusu - dünya çempionu, səkkiz dəfə "Qızıl top" mükafatı qazanan Lionel Messi ilə yanaşı dünya ulduzları Luis Suares, Serxio Buskets və Jordi Alba da var.
Tədbirdə xüsusi musiqi atmosferi olacaq.
Dünyaşöhrətli bəstəkar və müğənni Villi Uilyam, məşhur "Morandi" qrupu çıxış edəcəklər. İştirakçılara enerjili və yaddaqalan ritmlərlə musiqili proqram təqdim olunacaq.
Futbolçularla görüşün biletlərini iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.
Qeyd edək ki, satılan biletlərdən əldə olunan gəlir xeyriyyə məqsədlərinə sərf ediləcək.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 11 Dekabr 2024 07:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















