Lionel Messi və Serxio Buskets tandemi dünya rekordunu yeniləyib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 16 fevral, AZƏRTAC
Argentina millisinin futbolçusu Lionel Messi və İspaniya yığmasının sabiq üzvü Serxio Buskets karyeraları ərzində birlikdə keçirdikləri oyun sayını 653-ə yüksəldərək dünya rekordunu yeniləyiblər.
AZƏRTAC Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadla xəbər verir ki, bu görüşlərin 569-u İspaniyanın “Barselona”, 84-ü isə ABŞ-ın “İnter Miami” klublarının heyətində baş tutub. Rekord göstərici ispaniyalı yarımmüdafiəçinin son MLS mövsümündən sonra karyerasını başa vurması ilə yekunlaşıb.
Serxio Buskets daha əvvəl Jerar Pike ilə bu göstəricidə rekord müəyyənləşdirib. Onlar birlikdə 620 qarşılaşmada (533-ü “Barselona”, 87-si İspaniya millisi) meydana çıxıblar.
Qeyd edək ki, futbol tarixində yalnız dörd oyunçu cütlüyü 600-dən çox matçda birlikdə iştirak edib. Ötən il Manuel Noyer və Tomas Müller tandemi də bu həddi keçərək 611 oyuna çatıb. Onlar Almaniyanın “Bavariya” komandasının formasında eyni meydanı bölüşüblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 16 Fevral 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















