Lionel Messi və Serxio Buskets tandemi futbol tarixində yeni rekorda imza atdı
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Lionel Messi və Serxio Buskets tandemi futbol tarixində yeni rekorda imza atıb.
Oxu.Az xəbər verir ki, bunu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) açıqlayıb.
Lionel Messi və Serxio Buskets 621-ci dəfə eyni vaxtda meydanda komanda yoldaşı olublar. Əvvəl "Barselona"da çiyin-çiyinə çıxış edən cütlük "İnter Mayami"də də birgə forma geyinir.
Bunadək də rekord Busketslə bağlı idi. O, Jerar Pike ilə 620 matçda bir yerdə oynayıb. Bunlardan 533-ü "Barselona", 87-si İspaniya millisində olub.
Messi ilə Buskets ilk dəfə 2008-ci il sentyabrın 13-də "Rasinq"lə çempionat matçında (1:1) komanda yoldaşı kimi meydana çıxıblar. Onlar "Barselona"da 569, "İnter Mayami"də 52 görüşü birgə keçiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 21 May 2025 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















