Liqalarda toplanan xallar cüdoçuların reytinqini formalaşdıracaq İcraçı direktor
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Liqalarda toplanan xallar cüdoçuların reytinqini formalaşdıracaq. SİA xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini və idman direktoru Kamran Talıbov yeni yaradılan liqalarla bağlı təşkil olunan mətbuat konfransında deyib.
Qurum rəsmisi yeni yaradılan liqaların məqsədindən danışıb: "Liqaların yaradılmasında əsas məqsədlərdən biri ondan ibarətdir ki, yığılan xallar yığmaların formalaşmasında əhəmiyyət daşıyacaq. Bu yarışlarda Azərbaycan yığmasının məşqçiləri iştirak edəcək. Bu liqalarda toplanan xallar cüdoçuların reytinqini formalaşdıracaq. İdmançılara mükafat fondu ayrılıb. Birbaşa özlərinə təqdim olunacaq. Bundan əlavə klublara da dəstək veriləcək".
Qeyd edək ki, cüdo liqaları 3 yaş qrupu üzrə keçiriləcək. Böyüklərdə yalnız kişi cüdoçuların, U-17 və U-14 liqalarında isə həm oğlan, həm də qız cüdoçular iştirak edəcək.
Yığmaların heyəti yalnız Azərbaycan çempionatı və ya birincilikləri əsasında deyil, ilboyu keçirilən daxili yarışlarda, eləcə də bu liqalarda toplanacaq reytinq xalları əsasında müəyyən ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 10 Aprel 2025 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















