Icma.az
close
up
RU
Lisenziyası ləğv olan Dilqəm Məhərrəmov Aysunu əməliyyat edib?

Lisenziyası ləğv olan Dilqəm Məhərrəmov Aysunu əməliyyat edib?

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ajans.az-ın əldə etdiyi məlumata əsasən, 12 iyul tarixində müğənni Aysun İsmayılova rəsmi İnstagram hesabında əməliyyat etdirməsi ilə bağlı video paylaşmışdı. Əməliyyatı isə, plastik-estetik cərrah Dilqəm Məhərrəmov icra edib. Müğənni əməliyyatdan sonrakı görüntüləri də paylaşaraq, növbəti əməliyyatı da Dilqəm Məhərrəmova həvalə edəcəyini söyləyib.
Xatırladaq ki, Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında həkim Dilqəm Məhərrəmovun adı yer almır. Nəticə olaraq, adları siyahıda olmayan plastik-estetik həkimlərdən başqa digərləri işlərini icra edə bilməzlər. Bu qanun pozuntusu sayılır. Hadisəni aydınlaşdırmaq üçün müğənni Aysun İsmayılova ilə əlaqə saxlamağa çalışsaq da, heç bir cavab ala bilmədik.
Analitik Ekspertiza Mərkəzinin Ajans.az-ın sorğusuna verdiyi cavabda bildirilir ki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, ölkə ərazisində tibbi fəaliyyətin təşkili və həyata keçirilməsi yalnız qanunla müəyyən olunmuş tələblərə və prosedurlara uyğun şəkildə mümkündür.
“Azərbaycan Respublikasında tibb fəaliyyətinin əsas prinsipləri haqqında” Qanuna və Nazirlər Kabinetinin 28 dekabr 2020-ci il tarixli 517 nömrəli qərarı ilə təsdiq olunmuş “Tibb və əczaçılıq sahəsində fəaliyyət göstərən şəxslərin sertifikatlaşdırılması Qaydaları”na əsasən, praktik tibb fəaliyyəti ilə məşğul olan şəxslər müvafiq ixtisas üzrə sertifikasiyadan keçməli və fəaliyyəti üçün rəsmi icazəyə malik olmalıdırlar.
Bundan əlavə, Səhiyyə Nazirliyi tərəfindən yaradılmış Təftiş Komissiyasının təqdim etdiyi “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı”, bu sahədə fəaliyyət göstərmək hüququ olan mütəxəssislərin rəsmi qeydiyyatını təmin edir. 
Qurumdan bildirilib ki, adı bu siyahıda olmayan şəxslərin plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olması qanunvericiliyə zidd hesab olunur.
Qanunsuz fəaliyyətlərlə bağlı nəzarət tədbirləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq, Analitik Ekspertiza Mərkəzi tərəfindən həm planlı, həm də plandankənar yoxlamalar əsasında həyata keçirilir. Xüsusilə, kütləvi şəkldə insan həyatına və sağlamlığına birbaşa və ya mühüm təhlükə yarada biləcək hallarda, təsdiedici sənədlərlə vətəndaş müraciətləri və ya mediada dərc olunmuş məlumatlar əsasında plandankənar yoxlamalar aparıla bilər.
Bu tip hallarla bağlı İnzibati Xətalar Məcəlləsində konkret cəza tədbirləri nəzərdə tutulur. 
Lisenziyasız özəl tibbi fəaliyyətə görə, fiziki şəxslər – 2.000–3.000 manat, vəzifəli şəxslər – 5.000–10.000 manat,
hüquqi şəxslər – 20.000–30.000 manat məbləğində cərimə edilir.
Analitik Ekspertiza Mərkəzi açıqlayıb ki, lisenziyada nəzərdə tutulmamış fəaliyyətin həyata keçirilməsinə görə, 
fiziki şəxslər – 300–500 manat,
vəzifəli şəxslər – 800–1.000 manat, hüquqi şəxslər – 6.000–8.000 manat məbləğində cərimə olunur.
Sertifikasiyadan keçməmiş şəxslərin praktik tibb fəaliyyətinə buraxılmasına görə:
vəzifəli şəxslər – 800–1.000 manat, hüquqi şəxslər – 6.000–8.000 manat cərimə edilir.
Məlumatda qeyd edilib ki, hər hansı şəxsin həkimlik fəaliyyətində uğurlu nəticə göstərməsi onun fəaliyyətinin qanuniliyini təmin etmir. Qanunsuz fəaliyyət göstərən həkimlər və onların çalışdığı müəssisələr qanunvericiliklə müəyyən olunmuş inzibati məsuliyyətə cəlb edilə bilər. Bu baxımdan icazə sənədlərinin və sertifikatların hüquqi və praktik əhəmiyyəti təkcə keyfiyyət təminatı deyil, həm də hüquqi fəaliyyət çərçivəsini müəyyən edir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 İyul 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri