Icma.az
close
up
RU
Lisey imtahanlarında nə baş verib, nəticələr niyə ləğv olunub? AÇIQLAMA

Lisey imtahanlarında nə baş verib, nəticələr niyə ləğv olunub? AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Lisey və gimnaziyalara keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarının cavablarına əsasən 289 şagirdin nəticəsi ləğv olunub. Bu isə bir çox valideynlər tərəfindən etirazla qarşılanıb.

Mövzu ilə bağlı fikirlərini Redaktor.az ilə bölüşən təhsil eksperti Elnur Hacıyev bildirdi ki, ümumiyyətlə, lisey və gimnaziyalara qəbul qaydalarının çətin olması normal haldır. Onun sözlərinə görə, valideynlər bu qaydalara nə qədər təzyiq göstərsələr də, bu, reallığı dəyişmir:

"Əgər imtahan zamanı qaydaların pozulması halları müşahidə olunursa, burada artıq hər iki tərəfin – həm köçürənin, həm də köçürməyə şərait yaradanın məsuliyyəti var. Bu isə o deməkdir ki, imtahanın qaydaları və tələbləri dəqiq və düzgün müəyyənləşdirilməli, nəzarət isə ciddi şəkildə təmin olunmalıdır ki, bu cür halların qarşısı alınsın. Əgər imtahan nəticəsində kəsilənlər varsa, bu da təbiidir. Axı liseylərə hər kəs qəbul edilməməlidir. Lisey və gimnaziyalar istedadlı şagirdlərin inkişafı üçün nəzərdə tutulmuş təhsil müəssisələridir. Burada rəqabətin yüksək olması və qəbul balının da yüksək müəyyənləşdirilməsi tamamilə məntiqlidir. Bu səbəbdən, kəsilənlərin sayının çox olması da qəbulediləndir".

Müsahibimiz qeyd etdi ki, imtahan zamanı qayda pozuntusu müşahidə olunursa, bu zaman məsuliyyət yalnız köçürən şagirdin deyil, həm də ona köçürmək imkanı yaradan şəxslərin, o cümlədən nəzarətçilərin üzərinə düşür.

"Bu isə onu göstərir ki, imtahanlarda buraxılan səhvlər araşdırılmalı, təhlil edilməli və növbəti illərdə onların təkrarlanmaması üçün lazımi tədbirlər görülməlidir. Məsələn, nə qədər şagird qayda pozuntusuna görə kənarlaşdırılıb? Bu hadisələr hansı zallarda baş verib? Həmin zallarda kim nəzarətçi olub? Yəni səhv nədən qaynaqlanıb ki, gələcəkdə bu halların qarşısı alınsın? Digər tərəfdən, burada həm valideynlərin, həm də şagirdlərin maarifləndirilməsi zəruridir. Çünki əgər bir uşaq liseyə köçürmə ilə daxil olursa, o, gələcəkdə liseyin ağır tədris proqramına uyğunlaşa bilməyəcək. Reallıq da bunu göstərir ki, kim liseyə aşağı balla və ya hansısa vasitə ilə daxil olur, o, proqramın ağırlığına tab gətirə bilmir. Liseylər istedadlı və qabiliyyətli şagirdlərin oxumalı olduğu təhsil müəssisələridir. Burada yüksək rəqabət mühiti, çətin qəbul imtahanları və yüksək keçid balları tamamilə məntiqlidir və bu, təhsilin keyfiyyəti baxımından müsbət haldır", - deyə Elnur Hacıyev bildirdi.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 İyul 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see440

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see274

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see209

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see204

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see187

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see186

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see185

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see181

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see176

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see175

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see171

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see155

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see155

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see152

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see148

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see145

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see142

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see138

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri