Icma.az
close
up
RU
Qəbul imtahanlarında ballar azalacaq? AÇIQLAMA

Qəbul imtahanlarında ballar azalacaq? AÇIQLAMA

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Buraxılış imtahanlarının keçirilməsinə artıq çox qısa müddət qalıb”. 

Bu sözləri təhsil eksperti Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, abituryentlər imtahanların bir il asan, növbəti il isə çətin olduğunu düşünürlər: 

“Yəni 2024-cü ildə buraxılış imtahanları asan olduğundan, 2025-ci ildə çətin olacağı barədə fikir formalaşdırılır. Lakin bu primitiv yanaşma kökündən yanlışdır. Çünki imtahanlardakı sualların asan və ya çətin olması buraxılış ilinə görə müəyyənləşdirilmir. Başqa sözlə, buraxılış imtahanlarının bir il asan, növbəti il çətin olması ilə bağlı iddialar reallığı əks etdirmir. İmtahan sualları hazırlanarkən standartlar nəzərə alınır”. 

Ekspert qeyd edib ki, Dövlət İmtahan Mərkəzi (DİM) adətən abituriyentlərin hazırlıq səviyyəsini nəzərə alaraq sualları tərtib edir: 

“Nəzərə almaq lazımdır ki, hər ilin öz müsabiqə şərtləri var və qəbul prosesi məhz bu şərtlərə əsasən həyata keçirilir. Bu ilin buraxılış imtahanlarının necə olacağı barədə isə indidən konkret fikir söyləmək doğru olmaz. Ancaq mən buraxılış imtahanlarının asan olmasının tərəfdarıyam. Çünki buraxılış imtahanının nəticələri əsasında şagirdlərə 3 fəndən attestata qiymət yazılır. Həmin nəticələrə uyğun olaraq da kollecə və yüksək texniki peşə ixtisaslarına qəbul prosesi həyata keçirilir”. 

Rizvan Fikrətoğlu hesab edir ki, kollec və universitet səviyyəsi eyni olmamalıdır: 

“Əslində, imtahanların çətinliyi blok imtahanlarında özünü göstərməlidir. Çünki blok imtahanı ali təhsil müəssisələrinə qəbul üçün nəzərdə tutulub. Suallar da buna uyğun tərtib edilməlidir. Bu nöqteyi-nəzərdən 2024-cü ildə tərtib edilən buraxılış və blok imtahanlarının suallarını ideal hesab etmək olar. Bu il keçiriləcək buraxılış imtahanlarının və ballarının necə olacağı ilə bağlı indidən proqnoz vermək olmaz. Ümumiyyətlə, balların yükək və ya az olması qəbul imtahanlarının ümumi nəticəsindən asılı olacaq”. 

Elmir 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Yanvar 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri