Icma.az
close
up
RU
Lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir

Lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir.

Oxu.Az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Bildirilib ki, mərkəzi imtahanla şagird qəbulu həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesi 5 iyun saat 15:00-dan etibarən başlayır. Qeydiyyat 20 iyun tarixinə qədər davam edəcək.

Qeydiyyat prosesi yalnız Şagirdlərin Elektron Yerdəyişmə Portalı - sy.edu.az vasitəsilə aparılacaq. Valideyn və ya qanuni nümayəndə portal üzərindən müvafiq seçimləri edərək qeydiyyat prosesini elektron qaydada tamamlaya bilər.

Əlavə məlumat və texniki dəstək üçün sy.edu.az platformasında şəxsi kabinetə daxil olaraq "Əks əlaqə" bölməsindən "Mərkəzi imtahan seçimi" qeydi vasitəsilə müraciət edə bilərsiniz.

Qəbul prosesi həyata keçirilən müəssisələr ilə tanış ola bilərsiniz:

1. Bakı şəhəri, S.C.Pişəvəri adına humanitar fənlər təmayüllü gimnaziya;

2. Bakı şəhəri, A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziya;

3. Bakı şəhəri, S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya;

4. Bakı şəhəri, S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya;

5. Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;

6. Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyi;

7. Bakı şəhəri, 16 nömrəli texniki-humanitar lisey;

8. Bakı şəhəri, 2 nömrəli texniki-humanitar lisey;

9. Bakı şəhəri, 147 nömrəli texniki-humanitar lisey;

10. Bakı şəhəri, Texniki humanitar lisey;

11. Bakı şəhəri, 291 nömrəli "Ekologiya" liseyi;

12. Bakı şəhəri, Rəqəmsal biliklər liseyi;

13. Bakı Şəhəri, Akademik Z.Əliyeva adina lisey;

14. Sumqayıt şəhər, Humanitar və təbiət-riyaziyyat təmayüllü İstedad liseyi;

15. Sumqayıt şəhər, N.Gəncəvi adına texniki və təbiət elmləri liseyi;

16. Sumqayıt şəhər, "Təfəkkür" liseyi;

17. Sumqayıt şəhər, Təbiət elmləri təmayüllü gimnaziya;

18. Qobustan şəhər, 2 nömrəli tam orta məktəb;

19. Xaçmaz şəhəri Akademik Zərifə Əliyeva adına 8 nömrəli lisey;

20. İsmayıllı şəhəri internat tipli Talıstan liseyi;

21. Quba şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;

22. Naxçıvan şəhər, Qızlar liseyi;

23. Şamaxı şəhər, texniki, humanitar və təbiət təmayüllü lisey;

24. Gəncə şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;

25. Gəncə şəhər, Xarici dillər təmayüllü gimnaziya;

26. Şəki şəhəri, Kimya-biologiya təmayüllü lisey;

27. Şəmkir şəhər, Kimya-biologiya təmayüllü lisey;

28. Şirvan şəhər, Kimya-biologiya təmayüllü lisey;

29. Ağdaş şəhər, M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya;

30. Biləsuvar şəhər, texniki fənlər təmayüllü məktəb-lisey;

31. Ağstafa şəhər, Texniki-humanitar təmayüllü lisey;

32. Oğuz şəhəri, E.Abdullayev adına 2 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey;

33. Mingəçevir şəhəri, S.Vurğun adına 16 nömrəli tam orta məktəb;

34. Lənkəran şəhəri, S.Kazımbəyov adına 6 nömrəli məktəb-lisey;

35. Masallı şəhər, "Dəfinə" məktəb-liseyi;

36. Beyləqan şəhər, Humanitar fənlər təmayüllü lisey;

37. Şərur şəhər, Fizika, riyaziyyat təmayüllü lisey;

38. Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey;

39. Salyan şəhəri Əliağa Kürçaylı adına 7 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey.

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qəbul qaydaları ilə tanış ola bilərsiniz:

Lisey və gimnaziyalara qəbul qaydaları

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul imtahanı aşağıdakı tarixlərdə həyata keçiriləcək:

25 iyun 2025-ci il - 7 və 8-ci siniflərə qəbul

26 iyun 2025-ci il - 6-cı siniflərə qəbul

27 iyun 2025-ci il - 5-ci siniflərə qəbul.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 İyun 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri