Icma.az
close
up
RU
Lisey və gimnaziyalara qəbul üzrə qeydiyyat müddəti uzadılıb

Lisey və gimnaziyalara qəbul üzrə qeydiyyat müddəti uzadılıb

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çoxsaylı müraciətlər nəzərə alınaraq lisey və gimnaziyalara qəbul üzrə qeydiyyat müddəti 21 iyun saat 15:00-dək uzadılıb.

Bu barədə Bakıvaxtı.az-a Təhsil İstitutundan məlumat verilib.

Bildirilib ki, qeydiyyatdan keçmək üçün valideynlər (və ya qanuni nümayəndələr) şəxsi kabinetlərində "Sorğu yerləşdir" bölməsinə daxil olaraq öncə "Mərkəzi imtahanla qəbul" düyməsini, sonra isə imtahan keçiriləcək mərkəzi və müvafiq məlumatları seçməlidirlər.

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul ildə bir dəfə – tədris ili başlamazdan əvvəl "Şagirdlərin elektron yerdəyişməsi" (sy.edu.az) sistemi vasitəsilə qeydiyyatdan keçmiş və imtahanda iştirak hüququ qazanmış şagirdlər üçün təşkil olunur.

İmtahanda şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən müxtəlif tipli suallar təqdim edilir. Müvafiq bal toplayan şagirdlər seçim mərhələsinə buraxılır. Qəbul olunan şagirdlər üçün sistemdə avtomatik sorğular yaradılır və sənəd qəbulu prosesi aparılır. Lisey seçimi 2 mərhələdə, ehtiyac olduqda isə 3 mərhələdə həyata keçirilir.

Mərkəzləşdirilmiş qaydada qəbul aparılacaq lisey və gimnaziyaların siyahısı:

Bakı şəhəri Seyid Cəfər Pişəvəri adına humanitar fənlər gimnaziyası;Bakı şəhəri Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya;Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi;Bakı şəhəri Kimya və biologiya təmayüllü respublika liseyi;Bakı şəhəri Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziya;Bakı şəhəri texniki-humanitar lisey;Bakı şəhəri 147 nömrəli texniki və humanitar fənlər liseyi;Bakı şəhəri 16 nömrəli texniki və humanitar fənlər liseyi;Bakı şəhəri Azad Hümbətov adına 291 nömrəli ekologiya liseyi;Bakı şəhəri Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar lisey;Bakı şəhəri Rəqəmsal biliklər liseyi;Bakı şəhəri Anton Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyası;Ağstafa şəhəri texniki və humanitar fənlər təmayüllü lisey;Quba rayonu fizika, riyaziyyat və informatika təmayüllü lisey;Xaçmaz şəhəri akademik Zərifə Əliyeva adına 8 nömrəli təbiət fənləri təmayüllü lisey;Oğuz şəhəri Emin Abdullayev adına 2 nömrəli internat tipli texniki və təbiət fənləri təmayüllü lisey;Şəki şəhəri kimya və biologiya təmayüllü lisey;Zaqatala şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey;Bərdə şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey;Salyan şəhəri Əliağa Kürçaylı adına 7 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey;Biləsuvar şəhəri Kəmaləddin Ağayev adına texniki fənlər təmayüllü internat tipli məktəb-lisey;Şirvan şəhəri kimya və biologiya təmayüllü lisey;Qobustan şəhəri Elyar Vəliyev adına 2 nömrəli texniki və humanitar fənlər təmayüllü lisey;Gəncə şəhər Fizika-Riyaziyyat və İnformatika Təmayüllü lisey" publik hüquqi şəxsi;Gəncə şəhəri internat tipli xarici dillər təmayüllü gimnaziya;Şəmkir şəhəri kimya və biologiya təmayüllü lisey;Sumqayıt şəhəri Nizami Gəncəvi adına texniki və təbiət elmləri liseyi;Sumqayıt şəhəri "Təfəkkür" liseyi;Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziya;Sumqayıt şəhəri humanitar və təbiət-riyaziyyat təmayüllü ‘İstedad" liseyi;Beyləqan şəhəri humanitar fənlər təmayüllü lisey;Ağdaş şəhər Məqsud Şeyxzadə adına internat tipli texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziya;Lənkəran şəhəri Səidəli Kazımbəyov adına 6 nömrəli lisey;Lənkəran şəhəri internat tipli humanitar fənlər təmayüllü gimnaziya;Masallı şəhəri "Dəfinə" texniki-riyaziyyat təmayüllü lisey;Şamaxı rayonu texniki, humanitar və təbiət fənləri təmayüllü internat tipli lisey;İsmayıllı şəhəri internat tipli "Talıstan" liseyi;Mingəçevir şəhəri Səməd Vurğun adına 16 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey;Şərur şəhər fizika-riyaziyyat təmayüllü lisey;Naxçıvan Qızlar liseyi.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 İyun 2026 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri