Liseyin qarşısında dava dalaş salan “parkovşik”ə Bu cəza verildi
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda ictimai asayişi pozan şəxs inzibati məsuliyyətə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Nərimanov rayonunda, “Evrika” liseyinin qarşısında qeydə alınıb.
Belə ki, F. Musayev küçəsindəki kioskun qarşısında çay içən şəxslə orada parklanmaya qeyri-qanuni nəzarət edən 1994-cü il təvəllüdlü F. Məmmədov arasında mübahisə yaranıb. Bu zaman sərxoş halda olan F. Məmmədov dəmir parçası ilə qarşı tərəfə hücum edib və səs-küy salaraq ictimai asayişi pozub.
Hadisə yerinə yaxınlaşan polis əməkdaşları onu saxlayaraq Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə aparıblar. O, izahatında bildirib ki, Mayıl adlı şəxs onu kioskun qarşısından qovduğu üçün əsəbiləşərək mübahisə yaradıb.
Barəsində inzibati protokol tərtib edilən “parkovşik”lə bağlı iş Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə ona 15 sutkalıq inzibati həbs verilib.
Aslan Vəliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 03 İyun 2025 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















