Livan Baş naziri: İsraillə sülhü dəstəkləyirik, amma əvvəlcə tələblərimiz yerinə yetirilməlidir
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
İsraillə sülhü dəstəkləyirik, amma əvvəlcə tələblərimiz yerinə yetirilməlidir.
APA xəbər verir ki, bunu Livanın Baş naziri Nəvaf Salam “Al Arabiya”ya müsahibəsində deyib.
“Biz sülhü dəstəkləyirik, amma bu sülhün şərtləri var. Bu, daha sonrakı mərhələdə çatacağımız məsələdir”, - Nəvaf Salam İsraillə aparılan danışıqların atəşkəs, yoxsa sülh sazişinə yönəldiyi barədə suala cavabında bildirib.
O vurğulayıb ki, hazırda Livan Vaşinqtonda İsraillə ilkin danışıqlar aparır və məqsəd daha geniş məzmunlu danışıqlara hazırlıqdır.
Baş nazirin sözlərinə görə, Livanın əsas tələbləri atəşkəsin əldə olunması, İsrail qüvvələrinin Livandan tam çıxarılması və döyüşlər zamanı saxlanılan livanlıların İsrail həbsxanalarından azad edilməsidir.
“Livanın tələbləri yerinə yetirildikdən sonra biz daha geniş çərçivədə sülh şərtlərinin müzakirəsinə açığıq, çünki bunun ərəb dövlətləri üçün nəticələri var”, - Baş nazir qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 11 May 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















