Icma.az
close
up
RU
Əvvəlcə Azərbaycanın şərti yerinə yetirilməlidir

Əvvəlcə Azərbaycanın şərti yerinə yetirilməlidir

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycana gəlmək istədiyini deyib. O, həmçinin sülh prosesinə Azərbaycan vətəndaşlarından da dəstək istəyib.

“Razılaşmaları hökumətlər imzalayır, amma inamı cəmiyyətlər yaradır. Əsl barışıq və dialoq sizin əlinizdədir. Azərbaycan və Ermənistan vətəndaşlarını sülh yolunda bizə dəstək olmağa çağırıram”, - deyə Mirzoyan bildirib.

Qeyd edək ki, Ermənistan rəsmiləri Azərbaycana səfər etmək istəyi ilə bağlı son vaxtlar tez-tez açıqlamalar verirlər. Baş nazir Nikol Paşinyan bir neçə gün öncə Avropa Siyasi Birliyinin 2028-ci ilin may ayında Bakıda keçiriləcək zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfər edəcəyini bildirib. Ermənistan parlamentinin sədri Alen Simonyan mayın 6-da jurnalistlərlə söhbətində Bakıya getməyə hazır olduğunu deyib.

O, dəvət edilərsə, uyğun zamanda Azərbaycana səfər etməyə hazır olduğunu və azərbaycanlı həmkarı Sahibə Qafarovadan da oxşar yanaşma gözlədiyini qeyd edib.

“Həmkarımı İrəvana səfərə dəvət edirəm”, - deyə Simonyan əlavə edib. 

Eyni zamanda, Ararat Mirzoyan Azərbaycana səfər etmək niyyətini ifadə edir. Xarici işlər naziri hansı məqsədlə Azərbaycana gəlməyi arzuladığını deməyib. 
Ümumi kontekstdə yanaşdıqda, qarşılıqlı səfərlərin artması Azərbaycan və Ermənistan arasında siyasi etimadın möhkəmləndirilməsinə xidmət edən addımdır. Bu səfərləri hazırkı şəraitdə sülh prosesinin reallaşması baxımından faydalı saymaq olar. Ermənistan və Azərbaycan rəsmilərinin müxtəlif siyasi, iqtisadi məsələləri və onun texniki detallarını müəyyənləşdirmək üçün hər iki ölkənin ərazisində müzakirələr aparması mümkündür. Artıq bu istiqamətdə müəyyən proses də qurulub.

Məsələn, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri sərhədlərin delimitasiyası və demarkasiyasına dair müzakirələri üçüncü dövlətin ərazisində və ya əvvəlki kimi sərhəddə deyil, hər iki ölkəyə qarşılıqlı səfərlər həyata keçirməklə aparırlar. Yəni tərəflər sərhəd mübahisəsinin həllinə və sülhə xidmət edən konkret mövzular ətrafında bir araya gəlirlər. Ancaq səfərlərin dövlət başçıları, spikerlər və xarici işlər nazirləri səviyyəsində baş tutması üçün Ermənistan tərəfinin yerinə yetirməli olduğu bir sıra şərtlər var. Yəni Ermənistan Azərbaycana  qarşı ərazi iddialarından imtina etməlidir. Söhbət ilk növbədə, Ermənistan konstitusiyasının preambula hissəsinin ləğvindən gedir.

Mövcud konstitusiya Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin Ermənistan tərəfindən tanınmasına, eləcə də iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına əsas maneə olaraq qalır. Hazırda Ermənistan yeni konstitusiyanın mətni hazırlanıb və iyunun 7-də keçiriləcək parlament seçkilərindən sonra ümumxalq referendumunun olacağı gözlənilir. Əgər yeni konstitusiyanın mətnində Azərbaycana qarşı ərazi iddialarına xitam verilərsə, o zaman bu il yekun sülh müqaviləsinin imzalanacağı gözlənilir. Bundan sonra Azərbaycan və Ermənistan arasında diplomatik əlaqələrin qurulması, siyasi, iqtisadi və təhlükəsizlik sahəsində qarşılıqlı razılaşmaların əldə olunmasına dair sənədlər imzalana bilər. Sözügedən proses fonunda Azərbaycan və Ermənistan dövlət rəsmilərinin intensiv qarşılıqlı səfərlərinin baş tutmasından danışmaq olar.

Müşfiq Abdulla
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 May 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri