Icma.az
close
up
RU
Menu

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

Qarayara ilə bağlı rəsmi məlumat

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

“Bu, Ankara üçün prioritet deyil” Ərdoğan

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

AFFA nın Hesabat Konfransı keçiriləcək

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

Azərbaycanda respondentlərin 88% dən çoxu azyaşlıların sosial şəbəkələrə giriş qadağasını dəstəkləyir

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

Aqrar inkişafın yeni mərhələsi və ADAU nun tarixi missiyası

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

Livan erməniləri İrəvana qarşı

Livan erməniləri İrəvana qarşı

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xaricdəki daşnaklar təxribatçı planlarından əl çəkmirlər

Ermənistan dövlətinin Azərbaycana qarşı 30 ildən çox davam edən işğalçılıq siyasəti zamanı xaricdə yaşayan ermənilərdən yetərincə yararlandığı heç kəsə sirr deyil. Xaricdəki erməni diasporu Ermənistanın hərbi-siyasi strategiyasının həyata keçirilməsində uzun onilliklər ərzində xüsusi iştirakçılığı ilə seçilib. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsi dövründə bu diaspor həm maliyyə, həm informasiya, həm təşkilati, həm də lobbi dəstəyi ilə İrəvanın mövqelərini gücləndirməyə çalışıb. Eyni zamanda, diaspor erməniləri bilavasitə döyüş əməliyyatlarına da qatılıblar. Onlar müxtəlif ölkələrdə təşkilatlanaraq öz təsir imkanlarından maksimum istifadə ediblər.

Beynəlxalq media, diplomatik kanallar və ictimai kampaniyalar vasitəsilə Azərbaycanın haqq işinə kölgə salmağa çalışıblar. Belə ölkələrdən biri də Livandır. Əgər Birinci Qarabağ müharibəsi dövründə Azərbaycana qarşı vaxtilə Livanda vətəndaş müharibəsində (1979-cu ildə) döyüşmüş Amerika ermənisi Monte Melkonyan vuruşmuşdusa, İkinci Qarabağ müharibəsində birbaşa Livan Respublikasının vətəndaşı Eulcekcian Viken Abraham döyüşlərdə iştirak etmişdi. 1979-cu il təvəllüdlü Eulcekcian Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci ilin dekabrında həbs olunub. O, Yasamal Rayon Məhkəməsinin 2021-ci il iyunun 14-də çıxardığı hökmlə 20 il müddətinə azadlıqdan məhrum edilib.

“Daşnaksütyun”un Livan Mərkəzi Komitəsi avqustun 6-da keçirilmiş iclasının yekunlarına dair yaydığı bəyanatda Ermənistanda baş verən hadisələr “həyəcanverici” adlandırılır və bundan dərin narahatlıq ifadə edilir. Bildirilib ki, guya, Ermənistan ekzistensial (ekzistensializm mövcudluq, varlıq deməkdir–S.H.) təhlükə ilə üz-üzədir. Guya, Türkiyə–Azərbaycan ittifaqı Ermənistanı özünün geosiyasi ekspansiya obyektinə çevirmək üçün məqsədyönlü fəaliyyət göstərir. Xüsusilə, Zəngəzurun taleyi təhlükə altında imiş. Bildirilib ki, Zəngəzur Ermənistanın suverenliyinin şübhə altına alındığı geosiyasi maraqların toqquşmasının mərkəzinə düşüb. İddia olunub ki, Azərbaycan “sülh görüntüsü yaradaraq” Ermənistanı növbəti birtərəfli güzəştlərlə asılı vəziyyətə salaraq yeni ultimativ şərtlər irəli sürməkdə (?) davam edir.

Qeyd edilib ki, rəsmi İrəvan “Ermənistanın işğal olunmuş əraziləri” (?), Bakıda saxlanılan “hərbi əsirlər” (?) və “Artsax xalqının” kollektiv şəkildə geri qaytarılması hüququ məsələlərini gündəmə gətirmədən Bakı ilə sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edir: “Bütün bu taleyüklü məsələlərə məhəl qoymayan Ermənistan hakimiyyəti Erməni Apostol Kilsəsinə qarşı açıq mübarizə aparır, müxalifəti sıxışdırır və milli dəyərlərin qoruyucusu kimi “Daşnaksütyun”u təqib edir”.

Bəyanatda “Daşnaksütyun”un Livan Mərkəzi Komitəsi rəsmi İrəvanın kilsə əleyhinə siyasətini pisləyib, “milli dəyərlərə qarşı aparılan kampaniyanı” qəbuledilməz kimi qiymətləndirib və bütün siyasi məhbusların dərhal azad edilməsini tələb edib. Həmçinin qeyd olunub ki, 2026-cı il parlament seçkiləri ərəfəsində reytinqinin kəskin aşağı düşməsi şəraitində hakim qüvvələr milli institutları və cəmiyyətdə yüksək nüfuzunu saxlayan yeganə strukturu – kilsəni zəiflətməyə çalışır. Bəyanatın sonunda Livan ermənilərinin Ermənstanda qarışıqlıq salmaq prosesində iştirak niyyəti bu sözlərlə ifadə olunur: “Daşnaksütyun”un Livan Mərkəzi Komitəsi erməni kilsəsinə, Ermənistandakı bütün milli qüvvələrə tam dəstəyini ifadə edir və antimilli hakimiyyətin aradan qaldırılması üçün Ermənistanda aparılan mübarizənin uğuruna bütün potensialı ilə töhfə verməyə hazır olduğunu bəyan edir”.

***

“Daşnaksütyun”un Livan Mərkəzi Komitəsinin açıqlaması xarici mərkəzlərin Ermənistanın daxili siyasi proseslərinə təsir göstərmək və ölkə daxilində narahatlıq yaratmaq cəhdlərinin növbəti təzahürüdür. İclasın yekunlarına dair yayılan bəyanatda Zəngəzur dəhlizi məsələsi ətrafında səsləndirilən fikirlər, əslində, həm daxili auditoriyanı səfərbər etmək, həm də xaricdə yaşayan ermənilər arasında emosional reaksiya yaratmaq məqsədi daşıyır. Ermənistanın, guya, mövcudluq təhlükəsi ilə üzləşməsi, Türkiyə və Azərbaycanın ittifaq halında ekspansiyaya hazırlaşması kimi təqdim edilən iddialar, hadisələrin real mahiyyətindən çox uzaqdır. Azərbaycanın bölgədə sabitliyə və qarşılıqlı razılaşmalar əsasında sülhdə maraqlı olduğunu göstərən faktlar fonunda bu cür təxribatçı bəyanatlar vəziyyəti konstruktiv danışıqlardan yayındırmağa xidmət edir. Ermənistan rəhbərliyinin atdığı addımların səmərəliliyini qiymətləndirmək əvəzinə, ekzistensial təhlükədən bəhs olunması haylar arasında çaşqınlıq və qorxu hissini gücləndirir. Zəngəzur bölgəsinin, guya, təhlükə altında olması ilə bağlı tezisin ön plana çəkilməsi isə həm regional inkişaf layihələrini əngəlləmək, həm də daşnakların öz daxillərində siyasi nüfuz uğrunda aparılan mübarizədə bir vasitə kimi istifadə olunur. Nəticə etibarilə bu bəyanat konkret təhlil və əsaslı arqumentlərə deyil, daha çox ictimai emosiyalara və qeyri-müəyyən təsəvvürlərə söykənən yanaşmanı əks etdirir.

Bəyanatda Ermənistan hökumətinə qarşı səsləndirilən ittihamlar, əslində, siyasi mövqelərin müdafiəsindən çox, daxili auditoriyaya yönəlmiş təzyiq cəhdləridir. Azərbaycanla sülh müqaviləsinin imzalanması perspektivini kölgələmək məqsədilə işlədilən “hərbi əsir”, “işğal olunmuş ərazi” və “Artsax xalqı” kimi anlayışlar hazırkı regional reallıqlarla uzlaşmır. Rəsmi İrəvanın sülh danışıqlarına yönəlmiş addımlarını qeyri-məqbul kimi təqdim etmək bu prosesə qarşı olan dairələrin maraqları ilə üst-üstə düşür. Açıq şəkildə Ermənistan hökumətini dini institutlara və müxalifətə qarşı təzyiqdə ittiham etmək cəhdləri isə daha çox daxili qarşıdurmaları alovlandırmaq niyyəti daşıyır. “Daşnaksütyun”un özünü milli dəyərlərin qoruyucusu kimi təqdim etməsi bu bəyanatda müstəqil siyasi xəttdən çox hakimiyyətə qarşı yönəlmiş emosional narazılığın əks-sədası kimi görünür.

Bu bəyanat bir tərəfdən Ermənistandakı daxili siyasi proseslərə müdaxilə niyyətini ortaya qoyur, digər tərəfdən isə ölkədəki hakimiyyətə qarşı yönəlmiş açıq təzyiq çağırışıdır. Rəsmi İrəvanın, guya, kilsəyə qarşı siyasət aparması və milli dəyərləri hədəfə alması iddiası konkret faktlara deyil, siyasi ritorikaya əsaslanır. Seçki öncəsi dövrdə nüfuz itirən qüvvələrin bu cür bəyanatlarla həm daxildəki narazı kütlələri qızışdırmaq, həm də xaricdəki erməni icmalarını prosesə cəlb etmək cəhdləri diqqətdən qaçmır. Siyasi məhbuslara dair tələblər və kilsənin müdafiəsi bəhanəsi ilə Ermənistanın legitim siyasi quruluşuna qarşı çağırışların edilməsi vəziyyətin sabitliyinə deyil, daha çox qarşıdurmaya xidmət edir. Bəyanatın sonunda səsləndirilən “hakimiyyətin aradan qaldırılması” çağırışı isə açıq şəkildə destruktiv niyyətin ifadəsidir.

Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov XQ-yə açıqlamasında bildirdi ki, “Daşnaksütyun”un Livan Mərkəzi Komitəsinin son bəyanatı Ermənistanın daxili siyasi həyatına kənardan açıq müdaxilə cəhdi kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, kilsə ətrafında yaradılan süni narazılıq və “milli institutların zəiflədilməsi” kimi iddialar daxildəki mühafizəkar çevrələri səfərbər etməyə yönəlib: “Bəyanatın seçkilər ərəfəsində səsləndirilməsi isə təsadüfi deyil. Məqsəd hakimiyyətin manevr imkanlarını daraltmaq və cəmiyyətin müəyyən təbəqələrində inamsızlıq yaratmaqdır. Siyasi məhbuslarla bağlı tələblər, əslində, daxili mübarizədə təzyiq vasitəsi kimi istifadə olunur. Xüsusilə, bəyanatın sonunda hakimiyyətin devrilməsi kimi radikal fikirlərin yer alması bu çağırışların heç də ideoloji deyil, konkret güc maraqlarına söykəndiyini göstərir”.

Onu da bildirək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin hazırladığı “The World Factbook” sorğu kitabında Livanda 247 min 388 nəfər erməninin yaşadığı qeyd edilib. Bu isə ölkə əhalisinin 4 faizi deməkdir. Livandakı erməni icmasının üzvləri çoxdan vətəndaşlıq alıblar. Onların ölkə hökumətində təmsil olunmalarına zəmanət verilib. Ermənilərə Livan parlamentinə müəyyən sayda deputat seçməyə də imkan yaradılıb. Livan erməniləri yaxşı təşkilatlanıblar. Onlar əsasən Erməni İnqilabi Federasiyası – “Daşnaksütyun” sıralarında cəmləşiblər. “Daşnaksütyun” Livandakı erməni icmasında baş verən mədəni, dini və siyasi proseslərə ciddi nəzarət edir. 1953-cü ildən parlamentdə erməni icması üçün ayrılmış bütün yerləri istisnasız olaraq “Daşnaksütyun” nümayəndələri tutublar. “Daşnaksütyun” uzun müddət seçkilərdə müstəqil erməni namizədlər üzərində üstünlük təşkil edib. Lakin sonradan vəziyyət yavaş-yavaş daha kiçik qrupların və müstəqil namizədlərin xeyrinə dəyişməyə başlayıb. Yeri gəlmişkən, onu da qeyd edək ki, Livandakı erməni diasporu, xüsusən “Daşnaksütyun” və “Hnçak” ilk növbədə icmanı qorumaq üçün silahlı konfessiya könüllülərini (əvvəlcə 1958-ci ildə, sonra isə 1975–1990-cı illərdə Livanda vətəndaş müharibəsi zamanı–S.H.), eyni zamanda, şəxsi məqsədlərini həyata keçirmək üçün dəstəkləyib. Maraqlıdır ki, şəxsi məqsədlərini həyata keçirmək üçün verilən dəstək bəzi ermənilərin başqaları tərəfindən öldürülməsinə səbəb olub.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Avqust 2025 06:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see401

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see400

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see287

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see225

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see210

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see199

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see188

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see179

“Bu, Ankara üçün prioritet deyil” Ərdoğan

21 Avqust 2026 07:49see172

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see168

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see168

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see166

AFFA nın Hesabat Konfransı keçiriləcək

21 Avqust 2026 16:47see165

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see163

Azərbaycanda respondentlərin 88% dən çoxu azyaşlıların sosial şəbəkələrə giriş qadağasını dəstəkləyir

21 Avqust 2026 14:14see161

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see158

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see148

Aqrar inkişafın yeni mərhələsi və ADAU nun tarixi missiyası

21 Avqust 2026 23:22see144

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see144

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri